ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilə bilər

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirmişdir ki, ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilə bilər.
Ə.Həsənov demişdir: "Son zamanlar, ümumiyyətlə Avropada, dünyada bu məsələ ətrafında bir narahatlıq vardır. Bu, ondan ibarətdir ki, həmsədrlər institutu indiyədək ciddi bir nəticə ortaya qoya bilməmişdir. Hazırda söhbət gedir ki, bəlkə, Avropa İttifaqı bu qurumda hansısa şəkildə təmsil olunsun. Məsələn, Fransa təkcə özünü deyil, həm də Avropa İttifaqını təmsil etsin".
Başqa təkliflərin də olduğunu bildirən şöbə müdiri qeyd etmişdir ki, regionun digər maraqlı dövləti kimi, Türkiyənin təmsilçiliyi də gündəmdədir.
"Təkliflərin dəyərləndirilməsi isə ATƏT-in səlahiyyətləri daxilindədir" - deyə Əli Həsənov vurğulamışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında