Azərbaycan qanunlarına hörmətsizlik yolverilməzdir

 Bu il fevralın 7-də Belarus Ali Məhkəməsi keçən ilin dekabrında rəsmi Bakının sorğusu əsasında saxlanılan blogger Aleksandr Lapşin Azərbaycan və Belarus tərəfinin qətiyyəti sayəsində respublikamıza ekstradisiya edilib.  

Xatırladaq ki, A. Lapşin Azərbaycan Respublikasının qanunlarını pozaraq cinayət əməli törədib və separatçı ermənilər üçün təbliğat xarakterli fəaliyyət göstərib. O, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ölkəmizin işğal olunmuş ərazilərinə səfər edib, özünün Puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, eyni zamanda, 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunan ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə respublikamızın ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar edib. Elə buna görə də Azərbaycanın Baş Prokurorluğunda məlum fakta görə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başladılmış  və Lapşin dövlətlərarası axtarışa verilmişdi. Belarusun hüquq- mühafizə orqanları isə onu ötən ilin dekabrında saxlamışdılar.

Politoloqların fikrincə, indiyədək müxtəlif ölkələrin nümayəndələrinin erməni işğalı altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlərinə təsadüf edilib. Təbii ki, belə hərəkətlərlə Azərbaycanın müstəqilliyinə, qanunlarına  hörmətsizlik ifadə edilib. Lakin onların haqqında axtarış elan olunmayıb, sadəcə adları “qara siyahı"ya salınıb. A. Lapşin isə qanunsuz  səfərindən sonra konkret olaraq qondarma respublikanı  müstəqil dövlət kimi təbliğ edib, terrorçulara haqq qazandırıb, bununla da Azərbaycanın milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərib. Məhz belə bir cinayət faktına görə də rəsmi Belarus onun saxlayıb və ekstradisiya olunmasına qərar verib.

Yeri gəlmişkən, bir neçə gün öncə Belarus Prezidenti Aleksandr Lukaşenko keçirdiyi mətbuat konfransında jurnalistin bu məsələ barədə verdiyi suala faktlarla əsaslandırılmış cavab verdi. Həmin  cavabdan isə məlum oldu ki, Belarus Ali Məhkəməsinin ekstradisiya qərarını qüvvədə saxlayacağı gözlənilir. Onu da qeyd edək ki, bu zaman A. Lapşinin özü və anasının əfv xahişi ilə Azərbaycana müraciət etməsi də onu göstərdi ki, ölkəmiz məsələyə prinsipial münasibət bəsləyir.

Onu da deyim ki, A.Lapşinin respublikamıza ekstradisiya olunması bəzi xarici dairələrdə narahatlıqla qarşılanıb, bu hüquqi məsələyə müdaxilə etməyə cəhd göstərilib. Əlbəttə, bu, əbəsdir. Kənardan suveren dövlətə təzyiq göstərmək yolverilməzdir.

Sonda onu da qeyd edim ki, blogger A.Lapşinin ekstradisiyası, Azərbaycanda mühakimə olunması gələcəkdə işğal olunan rayonlarımıza qanunsuz səfər etmək istəyənləri, şübhəsiz ki, belə əməldən çəkindirəcək, işğalçı separatçı rejimin rəhbərlərinin mövqelərini daha da zəiflədəcək, əhalisinin ruh düşkünlüyünü artıracaqdır.

Vaqif ABBASOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Şirvan şəhəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında