Əli HƏSƏNOV: "Ümid edirik ki, ABŞ əvvəllər olduğu kimi, Azərbaycanla bağlı öz sağlam, tərəfdaşlıq mövqeyini yenə də qoruyub saxlayacaqdır"

"ABŞ Dövlət Departamenti Azərbaycandan gedən narazılıqlara reaksiyasını normal qəbul edir, Dağlıq Qarabağ məsələsində onların sona qədər obyektiv olacağına inanırıq. Ümid edirik və düşünürük ki, hər halda Azərbaycandakı bu ictimai təpkilər də ABŞ-ın dövlət siyasətini planlaşdırma mərkəzlərinə müəyyən təsir göstərdi".
Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin Azərbaycanın narazılıqlarına münasibətini şərh edərkən demişdir.
Şöbə müdiri bildirmişdir ki, Azərbaycan ABŞ-la münasibətləri korlamaq istəmir: "Biz ABŞ-la tərəfdaşlıq münasibətlərimizə xələl gətirmək istəmirik. Amma təəssüflər olsun ki, bəzən şərait buna məcbur edir. Biz ümid edirik ki, ABŞ əvvəllər olduğu kimi, Azərbaycanla bağlı öz sağlam, tərəfdaşlıq mövqelərini yenə də qoruyub saxlayacaqdır. Biz də buna müvafiq olaraq, bu ölkənin maraqları ilə bağlı bütün öhdəliklərimizi yerinə yetirəcəyik".
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında