F.Krouli: ABŞ Dövlət Departamenti "erməni soyqırımı" qətnaməsinə qarşıdır

ABŞ Dövlət Departamentinin sözçüsü Filipp Krouli dekabrın 21-də Amerika Konqresinin Nümayəndələr Palatasında gündəmə çıxarılacağı ehtimal edilən qondarma "erməni soyqırımı" haqqında qətnaməyə qarşı oduqlarını və bunu açıq şəkildə dilə gətirdiklərini xatırladaraq, palata ilə bu məsələ üzrə təmasda olduqlarını bildirmişdir.
F.Krouli ənənəvi keçirilən mətbuat konfransında demişdir: "Qətnaməyə qarşı olduğumuzu açıq şəkildə bildirmişik. Bu məsələ ilə bağlı Nümayəndələr Palatası ilə təmasdayıq".
Daha sonra "ABŞ-ın dövlət katibi Hillari Klinton qətnamənin gündəmə gətirilməməsini söyləmək üçün Nümayəndələr Palatasının sədri Nensi Pelosi və ya palatadakı digər rəsmilərlə görüşübmü?" sualına cavab verən F.Krouli əlaqə quran şəxsin dövlət katibi H.Klinton olub-olmadığını söyləyə bilməyəcəyini bildirmişdir. Lakin o Nümayəndələr Palatası ilə təmasda olduqlarını bir daha vurğulamışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında