Ankarada Türkdilli Ölkələrin Media Forumu keçirilir

Dekabrın 21-də Türkiyə Baş nazirinin müavini Bülənd Arınçın himayəsi, Türkiyə Mətbuat, Yayın və İnformasiya Baş İdarəsi və Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Ankaradakı "Rixos" otelində Türkdilli Ölkələrin Media Forumu işə başlamışdır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov, AzərTAc-ın buraxılış redaktoru Yaşar Quluzadə və digər mətbuat nümayəndələri forumda iştirak edirlər.
"Qloballaşan dünyada media: fürsətlər və problemlər" mövzusunda keçirilən forumun açılışında çıxış edən Türkiyə Baş nazirinin müavini Bülənd Arınç bildirmişdir ki, hazırda ingilisdilli medianın hakim olduğu qlobal dünyada türkdilli mətbuatın fəaliyyətinin gücləndirilməsi və daha sıx əməkdaşlığı çox zəruridir. Böyük Füzuli, Nəsimi, Əlişir Nəvai, Yunus Əmrə və digər türk klassiklərinin təbliğindən tutmuş müasir dünyada mədəni irsin informasiya təminatına, siyasətdən tutmuş iqtisadiyyata qədər bütün sahələrdə jurnalistlərin üzərinə böyük vəzifələr düşür. Yalan və böhtan kampaniyalarının vüsət aldığı son zamanlarda türk dünyasının obyektiv və azad medianın fəaliyyətinə ehtiyacı vardır.
Bülənd Arınç qeyd etmişdir ki, ötən ay İstanbulda Türkdilli Xəbər Agentlikləri Birliyinin toplantısı bu baxımdan əhəmiyyətli olmuş, əməkdaşlığın gücləndirilməsi istiqamətində qərarlar qəbul edilmişdir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Türkdilli Ölkələrin Media Forumunun əhəmiyyətini vurğulamış, hazırda aktual olan xalq diplomatiyasında jurnalistlərin rolunun daha da artdığını qeyd etmişdir. Onun sözlərinə görə, müxtəlif ləhcələrdə danışan türkdilli xalqların daha da yaxınlaşması və müştərək dilin formalaşması üçün mətbuat daha səmərəli layihələr həyata keçirməlidir. Bakıdan Bişkekə, İstanbuldan Astanaya, Daşkənddən Aşqabada uzanan qardaşlıq telləri mətbuat orqanlarının vasitəsilə daha da güclənməlidir.
Daha sonra çıxış edən Türkiyə Mətbuat, Yayın və İnformasiya Baş İdarəsinin baş direktoru Murad Karakaya, Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin sədri Bülənd Aras da türkdilli ölkələrin mətbuat nümayəndələrinin əməkdaşlığının perspektivlərindən danışmışlar.
Sonra forum çərçivəsində "Türk dünyasında siyasi, iqtisadi və sosial əməkdaşlığın inkişafında mətbuatın və qeyri-hökumət təşkilatlarının rolu" mövzusunda seminar keçirilmişdir. TÜRKSOY-un baş direktoru Düsen Kaseinov, Türkiyə Qazetəçilər Federasiyasının sədri Atilla Sərtəl, TRT-nin baş direktoru İbrahim Şahin və digər natiqlər türk dünyası mediasının əməkdaşlığı üzrə görülən işlərdən bəhs etmişlər.
Forum öz işini davam etdirir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında