Dağlıq Qarabağ Azərbaycanın işğal altında olan ərazisidir və bu əraziyə səfər etmək qaydaları müəyyənləşdirilməlidir

Avropa Parlamentinin nümayəndəsinin Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər etməsi və orada müəyyən bəyanatlar səsləndirməsi ölkəmizin ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanmışdır. Azərbaycan parlamentinin də məsələyə operativ şəkildə reaksiyası təqdirəlayiq haldır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı demişdir.
Əli Əhmədov bildirmişdir ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi tərəfindən təşkilata göndəriləcək məktubda Avropa Parlamenti prezidentinin özünün mövqeyi ilə əlaqədar münasibətin açıqlanması məsələsi ortaya qoyulsun.
YAP sədrinin müavini demişdir: "Bir müddət bundan əvvəl qurumun prezidenti Eji Buzek keçmiş SSRİ ərazisindəki həll olunmamış münaqişələrə münasibətini bildirərkən Gürcüstanın, Moldovanın ərazi bütövlüyünün təmin edilməsi şərtləri ilə həmin münaqişələrin nizamlanmasını vacib hesab etmişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin isə çox şübhəli formada ədalətli şəkildə həll olunmasını məqsədəuyğun hesab etmişdir. Yəni bilmək istəyirik ki, o, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını qəbul edir, yoxsa etmir? Məktubda bu məqam əksini tapmalıdır. Əks halda, Avropa Parlamentinin rəhbəri tamam başqa mövqe ortaya qoyursa, onun rəhbərlik etdiyi qurumun bir nümayəndəsinin bu cür mövqeyi o qədər də qəribə səslənməz".
YAP sədrinin müavini qeyd etmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın işğal altında olan ərazisidir və bu əraziyə səfər etmək qaydaları da müəyyənləşdirilməlidir: "Hesab edirəm ki, Azərbaycan parlamenti bu məqsədlə hansısa bir formada müəyyən iş aparmalıdır. Azərbaycanın işğal olunmuş əraziləri haqqında qanun qəbul oluna bilər və həmin torpaqların işğal olunmuş ərazilər kimi hüquqi statusu müəyyənləşdirilər. Bu ərazilərə beynəlxalq təşkilatların nümayəndələrinin hansı forma və qaydalar əsasında səfər etməsi də bu qanun çərçivəsində müəyyən qədər öz əksini tapa bilər. Bundan sonra isə Azərbaycan parlamenti və hökumətinin bu qaydaları pozaraq həmin ərazilərə gələn insanlara qarşı sanksiyalar tətbiq etmək üçün bu qanundan hüquqi baza kimi istifadə etməsi mümkündür.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında