Ştutqartda Azərbaycanın fəxri konsulluğu açılmışdır

Aprelin 20-də Almaniyanın Ştutqart şəhərində Azərbaycanın fəxri konsulluğu açılmışdır. Almaniya-Azərbaycan Forumunun sədri, AFR-in keçmiş dövlət katibi Otto Hauzer fəxri konsul təyin edilmişdir.
Açılışdan əvvəl Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və fəxri konsul Otto Hauzerin iştirakı ilə mətbuat konfransı keçirilmişdir. Səfir Almaniya ilə Azərbaycan, eləcə də iki xalq arasında sıx tarixi əlaqələrdən danışmışdır. Mətbuat konfransının iştirakçılarına alman kolonistlərinin Yelenendorf (indiki Göygöl şəhəri) ərazisinə köçməsindən, Azərbaycan hökumətinin almanların qoyub getdiyi irsin qorunub saxlanmasına göstərdiyi qayğıdan, məsələn, Bakıda alman kirxasının, Göygöldəki alman memarlıq abidələrinin dövlət səviyyəsində mühafizə olunmasından, Azərbaycanda yaşamış almanlar barədə çoxlu kitabların nəşr olunmasından və s. danışmışdır. Otto Hauzeri təqdim edən səfir iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, Azərbaycan reallıqlarının Almaniya ictimaiyyətinə çatdırılmasında onun rolundan söhbət açmışdır. P.Şahbazov bildirmişdir ki, bu gün Azərbaycan dinamik inkişaf edən ölkədir. Respublikada ÜDM-in sabit artımı müşahidə olunur. Bu isə xarici sərmayələrin yatırılması və birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Fəxri konsul demişdir ki, hazırda AFR-də 5000-ə yaxın azərbaycanlı yaşayır. Azərbaycan bir çox sahələrdə, ilk növbədə energetika sahəsində Almaniyanın mühüm tərəfdaşıdır. Hər iki ölkənin daha səmərəli əməkdaşlıq üçün geniş potensialı vardır və bu potensialdan istifadə olunmalıdır.
Mətbuat konfransından sonra fəxri konsulluğun açılışı olmuşdur. Açılış mərasimində səfir Pərviz Şahbazov, fəxri konsul Otto Hauzer, Baden-Byurtemberq federal vilayətinin dövlət naziri Ray Gelmut, "Energie-Gemeinschaft EnBW" şirkətinin idarə heyətinin üzvü Berhard Bek çıxış etmişlər. Mərasim iştirakçıları "Azərbaycanda yaşayan almanların izi ilə" filmindən fraqmentə tamaşa etmişlər. Filmin ilk tamaşası mayın sonlarında Bakıda olacaqdır.
Tədbirin sonunda mərasim iştirakçıları üçün ziyafət təşkil edilmişdir.
Azərbaycanın fəxri konsulluğu Ştutqartın lap mərkəzində, üzümlüklərlə örtülmüş mənzərəli təpənin ətəyində, Krigbergstrasse küçəsindəki "Energie-Gemeinschaft EnBW" biznes-mərkəzində yerləşir.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Ştutqart

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında