BƏƏ-dəki "Azərbaycan" Cəmiyyəti ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinə məktub göndərmişdir

Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti uydurma "erməni soyqırımı" ilə bağlı qətnamənin ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılmasına etiraz olaraq palatanın sədri Nensi Pelosiyə məktub göndərmişdir.
Məktubda deyilir: "Biz Birləşmiş Ərəb Əmirliyində yaşayan azərbaycanlılar qondarma "erməni soyqırımı" məsələsinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılması təklifinə kəskin etirazımızı bildiririk. Artıq bütün dünya ermənilərin ABŞ-dakı məkrli əməllərindən xəbərdardır və onların çirkli pulları bəzi konqresmenlərin hesablarına göndərdiyini bilir. O da məlumdur ki, ermənilər 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Sizdən və bütün Konqres üzvlərindən tələb edirik ki, 95 il müzakirəsi davam edən, baş verib-vermədiyi hələ də müəmma olan uydurma "erməni soyqırımı" əvəzinə, 19 il əvvəl baş vermiş Xocalı qətliamını gündəmə gətirib, bu hadisəyə qiymət verəsiniz".
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, BƏƏ-dəki soydaşlarımız hesab edirlər ki, Türkiyə ilə əlaqələrin pisləşməsi ABŞ hökumətinin və xalqının marağına uyğun deyildir. ABŞ Konqresi qətnamənin təsdiqinə qarşı çıxacaq və öz ədalətli mövqeyini göstərəcəkdir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında