Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İndoneziyanın mövqeyi dəyişməyəcəkdir

Azərbaycanda səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov qonaqları səmimi salamlayaraq demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dövlətlər, eləcə də Cənub-Şərqi Asiyada ən çox inkişaf etmiş ölkələrdən biri İndoneziya ilə əlaqələrin inkişafında maraqlıdır.
Azərbaycanın dinamik inkişafı, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən Milli Məclisin sədri bildirmişdir ki, İndoneziya ilə iqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün böyük imkanlar vardır. Bu gün ölkələrimiz arasında ticarət dövriyyəsi 600 milyon dollardan yuxarıdır, bu rəqəmi daha da artırmaq olar. Bu günə qədər ölkələrimiz arasında 5 hüquqi sənəd imzalanmışdır, daha 21 sənəd isə baxılmaqdadır. İnanırıq ki, bu sənədlər də təsdiqləndikdən sonra münasibətlərimizin inkişafı üçün möhkəm hüquqi baza yaranacaqdır.
Milli Məclisin sədri ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində parlamentlərin də mühüm rol oynadığını, bu səfərin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirmişdir.
O.Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, problemin həlli ilə əlaqədar nümayiş etdirdiyi mövqeyə görə İndoneziya hökumətinə minnətdarlıq etmişdir.
Pramono Anunq Vibovo göstərilən qonaqpərvərliyə görə Milli Məclis sədrinə minnətdarlıq etmişdir. O demişdir ki, ölkələrimiz arasında məsafə uzun olsa da, münasibətlərimiz çox yaxındır. Biz bundan istifadə edərək əlaqələrimizi daha da inkişaf etdirməliyik.
Pramono Anunq Vibovo Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İndoneziyanın mövqeyinin dəyişməyəcəyini vurğulamış və bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduqlarını bildirmişdir. O demişdir ki, İndoneziya parlamentində Azərbaycan, xüsusilə də Dağlıq Qarabağla əlaqədar xüsusi qrup yaradılacaqdır.
Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyevin də iştirak etdiyi görüşdə beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq, humanitar, mədəni, elm və təhsil sahələrində əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında