Türkiyənin xarici işlər naziri qondarma "erməni soyqırımı" ilə bağlı amerikalı həmkarına zəng etmişdir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ dövlət katibi Hillari Klintona zəng edərək, ondan Birləşmiş Ştatlar administrasiyasının Nümayəndələr Palatasında qondarma "erməni soyqırımı" qətnaməsini gündəlikdən çıxarmaq üçün səylərini artırmasını xahiş etmişdir.
Anadolu agentliyinin diplomatik mənbələrə istinadla verdiyi xəbərə görə, türkiyəli nazir amerikalı həmkarına vəziyyətin ciddi olduğunu bir daha xatırlatmışdır.
Hillari Klinton bildirmişdir ki, ABŞ administrasiyası Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verir və erməni qətnaməsinin Konqresin gündəliyinə salınmaması üçün əlindən gələni edəcəkdir.
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin "erməni soyqırımı" qətnaməsini yaxın saatlarda gündəliyə daxil etmək istəməsi Türkiyənin Vaşinqtondakı səfirliyini də hərəkətə gətirmişdir. Belə ki, səfirlik Ağ evə və Konqresə məktub ünvanlamış, mart ayında Konqresin Xarici Əlaqələr Komitəsində qəbul olunmuş bu qətnamənin Türkiyə-ABŞ münasibətlərinə ciddi zərbə vuracağını qeyd etmişdir.
Amerika Türk Koalisiyasının sədri Linkoln MakKardi də konqresmenləri erməni iddialarına dair qətnamənin əleyhinə səs verməyə cağırmış, bu məsələnin gündəliyə salınmasının Türkiyə ilə əlaqələrə mənfi təsir edəcəyini bildirmişdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında