“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn xarici siyasəti”

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “SAM Review” adlı xüsusi nəşrinin növbəti sayı ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərinin qiymətləndirilməsinə həsr edilmişdir. SAM-ın direktor müavini Gülşən Paşayeva və ABŞ-ın Xarici Siyasət Şurasının baş elmi işçisi Stifen Blankın birgə tədqiqatının nəticəsi olan nəşr iki fəsildən ibarətdir. Bu nəşrdə 1992-ci ildən indiyədək ABŞ-ın dövlət və qeyri-hökumət qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti təhlil edilmişdir.

Nəşrin birinci fəslində ABŞ administrasiyalarının, eləcə də, ABŞ Konqresinin müxtəlif illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına və həllinə yönəlmiş səyləri nəzərdən keçirilmişdir.

Nəşrin ikinci fəslində isə ABŞ-ın qeyri-hökumət təşkilatları, universitetləri, fondları və digər qurumlar tərəfindən Dağlıq Qarabağda sülh prosesinin təmin edilməsi istiqamətində həyata keçirdikləri təşəbbüsləri öz əksini tapmışdır. Əsərdə ABŞ-dakı erməni diasporunun sülh prosesinə mənfi təsiri xüsusi olaraq araşdırılmışdır.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında