Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı Naxçıvanda imzalanmış müqavilə birliyimizin möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı Naxçıvanda imzalanmış müqavilə birliyimizin möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir.
Bu sözləri Şuranın baş katibi Xəlil Akınçı dekabrın 17-də Türkiyənin Azərbaycandakı səfirliyində keçirdiyi mətbuat konfransında demişdir.
X.Akıncı Şuranın formalaşması, fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı işlərdən danışmışdır.
Təşkilatın nüfuzlu beynəlxalq quruma çevrilməsi istiqamətində danışıqlar aparmaq üçün Bakıya gəldiyini vurğulayan baş katib ölkəmizdə bir sıra vacib görüşlər keçirdiyini bildirmişdir. Bu görüşlərdə Şuranın gələcək fəaliyyətinin səmərəliliyinin artırılması, əməkdaşlığın daha da genişləndirilməsi üçün imzalanacaq müqavilələr və büdcə məsələləri müzakirə olunmuşdur.
Qeyd edilmişdir ki, Şuranın məqsədi türkdilli ölkələr arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirməkdir. İstanbul zirvə toplantısında qəbul edilən bəyannamədə əksini tapmış Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının, universitetlər arasında birliyin, müştərək elmi fondun və bankın qurulması barədə konkret işlərin görülməsi katibliyin əsas vəzifələrindəndir. 2011-ci ilin oktyabrında Astanada keçiriləcək zirvə toplantısı Şuranın tam formalaşması baxımından mühüm addım olacaqdır.
Bundan başqa, büdcənin qəbul edilməsi, Ağsaqqallar Şurası, Türk Akademiyası layihələrinin qəbulu, vahid gömrük birliyi, nəqliyyat, türkdilli ölkələr arasında viza rejiminin ləğvi məsələləri də əsas hədəflərdəndir. Astanada keçiriləcək zirvə toplantısında iqtisadi əməkdaşlıq məsələsi də əsas müzakirə mövzusu olacaqdır. Zirvə toplantısında iş adamlarını bir araya gətirilməsi iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın inkişafında çox mühüm əhəmiyyət kəsb edir.{nl}

AzərTAc

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında