Neboyşa Stefanoviç: Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında siyasi münasibətlərin səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə edilib.

Neboyşa Stefanoviç Serbiyanın bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.

Baş nazirin müavini ölkəsinin turizm, xüsusən də müalicə-sağlamlıq imkanlarından söz açaraq Azərbaycan şirkətlərini bu sahəyə sərmayə qoymağa dəvət edib.

Görüşdə Azərbaycan və Serbiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri və müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə olunub. Tərəflər terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edərək, hər iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsinin zəruriliyinə toxunublar.

Nazir Elmar Məmmədyarov Serbiya şirkətlərinin Azərbaycandakı, Azərbaycan şirkətlərinin Serbiyadakı fəaliyyətinə toxunaraq əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. O, bu səfərin ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni və turizm sahələrində əməkdaşlığa töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə, həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında