Azərbaycan Litva ilə əlaqələrin inkişafına böyük önəm verir

Litva Seyminin xarici işlər komitəsinin sədri Emanuelis Zingerisin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 13-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
O.Əsədov Azərbaycanın Litva ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirmiş və müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini vurğulamışdır. Müstəqil Azərbaycanın Avratlantik məkana inteqrasiyası Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Litva Seymi ilə birlikdə həyata keçirilən tvinninq layihəsi Azərbaycan qanunvericiliyinin Avropa İttifaqına üzv ölkələrin qanunvericiliyinə uyğunlaşdırılmasında əhəmiyyətli rol oynayır. Biz parlamentlər səviyyəsində əlaqələrimizi yüksək dəyərləndirir və bunu təcrübə, informasiya mübadiləsi baxımından önəmli hesab edirik.
Azərbaycanın yerləşdiyi regionda dinamik inkişaf edən ölkə olduğunu vurğulayan O.Əsədov Dağlıq Qarabağ münaqişəsinin bölgənin ümumi tərəqqisinə və Avropa strukturlarına inteqrasiyasına böyük maneə törətdiyini qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycanın qısa müddət ərzində əldə etdiyi uğurları, hətta onun düşmənləri belə etiraf edirlər. Çox təəssüf ki, erməni siyasətçiləri öz işğalçılıq ambisiyalarından əl çəkmək istəmirlər. Bu isə öz növbəsində Avropa təhlükəsizlik arxitekturasını təhdid edir.
Biz Cənubi Qafqazdakı vəziyyətlə əlaqədar Almaniya və İtaliya parlamentlərində qəbul olunmuş qətnamələri ədalətli hesab edirik. Litva parlamentində də Dağlıq Qarabağla bağlı belə bir qətnamənin hazırlanmasını yüksək qiymətləndiririk. İnanınıq ki, Litva gələcəkdə də münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəkdir.
Qonaq Azərbaycanda keçirdiyi görüşlərdən məmnun qaldığını ifadə etmiş və bildirmişdir ki, bu görüşlərdə tvinninq layihəsi çərçivəsində əldə edilmiş uğurlar və gələcək planlar barədə geniş fikir mübadiləsi aparılmışdır. Litva Azərbaycanın Avropa strukturlarına inteqrasiyası istiqamətində gələcəkdə də lazımi köməklik göstərmək niyyətindədir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında