Aşqabadda Türkmənistan-Azərbaycan münasibətləri müzakirə olunmuşdur

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, dekabrın 11-də nazir Elmar Məmmədyarov bir günlük işgüzar səfərlə Türkmənistana yola düşmüşdür.
Nazir Aşqabad şəhərində keçiriləcək Türkmənistanın bitərəfliyinin 15 illiyinə həsr olunmuş "Türkmənistanın daimi bitərəfliyi - sülh, inkişaf və təhlükəsizlik naminə əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edəcəkdir. Tədbirdə bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin və xarici qonaqların iştirakı gözlənilir.
Səfər çərçivəsində nazir E.Məmmədyarovu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qəbul etmişdir. Görüşdə iki ölkə arasında olan münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında