Ziyafət Əsgərov: Beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını istənilən yolla azad etməyə imkan verir və biz bu hüququ özümüzdə saxlayırıq

Ermənistanın qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı cəhdlərinin heç bir perspektivi yoxdur. Çünki ermənilər özləri də gözəl başa düşürlər ki, qondarma rejimin tanınması Ermənistanın işğalçılığının hüquqi cəhətdən bir daha təsdiqi olacaqdır. Ermənistan başa düşməlidir ki, bu siyasətin heç bir perspektivi yoxdur.
Bu fikri jurnalistlərə Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov bildirmişdir.
Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinin dalana dirənməsi barədə sualı cavablandıran Ziyafət Əsgərov qeyd etmişdir ki, bu bir daha onu göstərir ki, Ermənistan beynəlxalq hüquqa meydan oxumaqdadır. Təəssüf edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar da Ermənistana təzyiqi artırmır. Düzdür, çox vaxt onlar prosesin uzanmasından narahat olduqlarını deyirlər. Amma maraqlıdır, Ermənistana təzyiq göstərməkdə onlara kim mane olur? Narahatlıqlarını ifadə edirlər, amma ortada bir nəticə yoxdur. Hesab edirəm ki, bundan sonra Azərbaycanın bütün iqtisadiyyatı, xüsusilə də sənaye sahəsi artıq hərbi relslər üzərinə keçirilməlidir. Bu istiqamətdə çox böyük işlər görülmüşdür. Artıq Serj Sarkisyanın və onun hakimiyyətinin ərköyün siyasətinə dözməyə nə səbrimiz, nə də vaxtımız vardır. Azərbaycan bu günədək çox böyük təmkin nümayiş etdirmişdir. Dünya ictimaiyyəti də gördü ki, Azərbaycan sülh, danışıqlar tərəfdarıdır. Bir daha deyirəm, beynəlxalq hüquq imkan verir ki, Azərbaycan öz ərazisini istənilən şəkildə azad etsin. Bu, bizim hüququmuzdur və bu hüququ özümüzdə saxlayırıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında