“Jewish Journal” qəzetində Bakı ilə San-Dieqo arasında dostluq münasibətlərindən bəhs edilən məqalə dərc olunub

Amerikada çıxan “Jewish Journal” qəzetində Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Xalqların qonşuluğu: Kaliforniya ilə Azərbaycan arasında xüsusi münasibətlər haqqında” sərlövhəli məqaləsi dərc olunub. Materialda Bakının və San-Dieqonun icra strukturları arasında əlaqələrdən bəhs edilir.

M.Yevdayev yaxın vaxtlarda Kaliforniyaya səfərindən söhbət açaraq bildirir ki, San-Dieqo şəhərinin Svitzer Haylend rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında qardaşlaşma əlaqələri yaradılması barədə rəsmi saziş imzalanıb. Müəllif yazır ki, bu il oktyabr ayında o, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü, habelə San-Dieqo və Bakı icmaları arasında qardaşlaşma əlaqələri yaradılmasının beşinci ildönümü münasibətilə bayram şənliklərində iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində San-Dieqoda olub. Azərbaycanın Los-Ancelesdəki baş konsulu tərəfindən qəbul edilmiş nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Asim Mollazadə və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da olub.

Kaliforniya qanunverici məclisinin üzvü Roki Çavez tədbirdə çıxış edərək Birləşmiş Ştatlarla Azərbaycan arasında əlaqələrin əhəmiyyətini və iki lokal icmanın qardaşlaşması nümunəsində yerli səviyyədə bu cür əlaqələr yaradılmasının vacibliyini vurğulayıb.

M.Yevdayev yazır ki, tədbirdə çıxış edən baş konsul Nəsimi Ağayev iki region arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib, San-Dieqo-Bakı Dostluq Cəmiyyətinin yaradılmasını elan edib. ABŞ Konqresinin San-Dieqodan olan üzvləri Süzan Deyvis və Xuan Varqas, San-Dieqo dairəsinin Administratorlar Şurası, habelə Kaliforniya ştatı Senatının üzvləri Marti Blok və Coel Anderson tərəfləri təbrik ediblər.

Yusif Babanlı,
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında