Əli Həsənov: Danışıqlar nəticə verməsə, Azərbaycan başqa yol seçəcəkdir

Azərbaycan torpaqlarını azad etmək üçün onun ixtiyarında olan və beynəlxalq hüququn ona imkan verdiyi bütün addımlardan istifadə edəcəkdir. Artıq həmsədr ölkələrin hər üçü Dağlıq Qarabağ münaqişəsinin həllində gecikmələrdən, mövcud problemin uzanmasından narahat olduqlarını bildirmişlər.
Bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında söyləmişdir.
Ə.Həsənov demişdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin müəyyən qədər çətinləşməsinə səbəb olmuşdur. Ermənistanın son dövrlər nümayiş etdirdiyi mövqe, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşmanı davam etdirməsi, Azərbaycanın şəhər və kəndlərinin tarixi adlarının dəyişdirilməsi cəhdləri, separatçı rejimlərlə bağlı Ermənistan parlamentinin qəbul etdiyi biabırçı qərar və digər məsələlər bunu deməyə əsas verir. Ermənilərin bu cür hərəkətləri BMT və ATƏT-in münaqişəni həll etmək cəhdlərinə meydan oxumaqdır.
Ermənistanın qeyri-konstruktiv mövqeyinin danışıqların müəyyən mənada dalana dirənməsinə səbəb olduğunu bildirən Əli Həsənov əlavə etmişdir ki, işğalçı dövlətin bu addımlarının hansı sonluqla yekunlaşacağını proqnozlaşdırmaq çətindir. Azərbaycan bu vəziyyətə çox dözməyəcəkdir. Bundan sonra danışıqların nəticəsizliyi müəyyənləşdirilsə, digər addımlar atılacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında