Adi etik normalar unudulursa...

Son günlər ABŞ-da növbəti prezident seçkiləri ilə bağlı  keçirilən debatlar öz mənfi çalarları ilə dünya mediasının gündəmindədir. İnsanlarda acı təəccüb və narahatlıq  doğuran budur ki, Amerika kimi böyük bir dövlətin seçki kampaniyası ən adi etik normalara belə cavab vermir.

Başqalarına demokratiyadan  və insan hüquqlarından dərs deməyə iddialı olan bu ölkədə prezidentliyə namizədlər seçkilərdə qələbə qazanmaq üçün bir-birinin ünvanına ən kobud söz və ifadələr işlədir, bu zaman nəinki qarşısında çıxış etdikləri auditoriyaya hörmət etmir, hətta dünya ictimaiyyəti onların çıxışlarını izlədiyini də nəzərə almırlar.

Mən bu məqamda ölkəmizdə ara-sıra hay-küy salmağa çalışan bəzi radikal müxalifət nümayəndələrinə səslənirəm: Siz, tez-tez Qərbi, ABŞ-ı bizə “nümunə” göstərməyə çalışırdınız, indi bunları görüb niyə susursunuz? Etiraf edin, axı, bu, demokratiya deyil. Namizədlər özlərinə, təmsil etdikləri ölkənin vətəndaşlarına, eləcə də dünya ictimaiyyətinə hörmətlə yanaşmalıdırlar.

Yeri gəlmişkən, Azərbaycan dövləti, xalqımız bu günlərdə milli istiqlalımıza yenidən qovuşmağımızın 25 illiyini böyük təntənə ilə qeyd etdi. Nə yaxşı ki, Azərbaycanda çox qısa zaman kəsiyində  sivil, demokratik ənənələr formalaşıb. Bu ənənələr xalqımızın milli-mənəvi, əxlaqi dəyərləri üzərində bərqərar olub. Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövləti təkcə regionda deyil, bütün dünyada söz sahibinə çevrilib. Azərbaycan bu gün dünyanın ən tolerant dövlətlərindən biridir. Dünyanın bu qarışıq vaxtında bununla fəxr etməyə dəyər.

Yenə də ABŞ-a qayıtmaq istəyirəm. Müsəlmanları Amerikaya buraxmayacağını vəd edən D.Tramp ABŞ-da faktiki olaraq milli ayrı-seçkilik, islamofobiya siyasəti yayır. Bunlar yolverilməzdir. Düşünürəm ki, Azərbaycan gəncləri bu həqiqətləri bilməli, bunların nə qədər ziyanlı olduğunun fərqinə varmalıdırlar.   

 Bu istiqamətdə ölkəmizdə qeyri-hökumət təşkilatları da fəallıq göstərməlidir.  Bu günlərdə “Müharibədən zərər çəkən nəqliyyat işçiləri” İctimai Birliyinin üzvləri Bakının qabaqcıl təhsil ocaqlarından biri olan Binəqədi rayonundakı 83 saylı lisey-məktəbdə şagirdlər arasında  vətənpərvərlik mövzusunun təbliği ilə bağlı çox maraqlı tədbir keçirdilər. Həmin tədbirdə çıxış edən bir sıra pedaqoq və şagirdlər ABŞ-dakı seçkilər mövzusuna da toxundular.  Orada prezidentliyə namizədlərin Ağ evə sahib çıxmaq üçün bir-birini təhqir etmələrini, xüsusilə respublikaçı namizəd Donald Trampın qadınlar barədə söylədiyi nalayiq fikirləri qətiyyətlə pislədilər.

Bu gün görünən budur ki, ABŞ-da prezident seçkiləri kampaniyasında, adi etik normalar belə unudulur. Bu yolverilməz və acı təəssüf doğuran hallardır. Əgər ən adi normalar unudulursa, onların dünyanın ədalətli nizamına çalışacağını gözləmək olarmı? ATƏT-in Minsk qrupunun üzvü olan ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalşacağına ümid bəsləmək olarmı? Fikrimcə, yox!

Xədicə BABAYEVA,
“Müharibədən zərər çəkən nəqliyyat işçiləri” İctimai Birliyinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında