“Demokratiya və insan hüquqlarının beşiyi”ndə baş verənlər heç bir əndazəyə sığmır

Deyəsən, noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkiləri  bu ölkə  üçün əvvəlki seçkilərə nisbətən daha baha başa gələcək.

Buradakı  “bahalığın” iki mənası var. Birinci bahalıq prezidentliyə namizəd Donald Trampın digər namizədi və rəqib partiyanı rüsvay etmək üçün piar mexanizmlərinin başına səpələdiyi milyonlara işarədir. Çünki əvvəlki prezident seçkilərində də seçicilərin və müəyyən qurumların ələ alınması, yəni, seçkinin son nəticəsinin saxtalaşdırılması üçün külli miqdarda vəsait sərf edilirdi. Amma indi cənab Tramp çox  “əliaçıqlıq”  edir. İkinci bahalıq  isə seçkiqabağı təbliğat məqsədilə aparılan teledebatlarla bağlıdır. Həmin teledebatlar, sözün həqiqi mənasında, dünyanın ən qüdrətli dövlətlərindən birinin beynəlxalq aləmdəki nüfuzuna sarsıdıcı zərbə vurur.

Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət ƏLİYEVİN redaksiyamızın suallarına verdiyi cavablarda   bu məsələyə daha orijinal münasibət bildirildi. Həmsöhbətimiz dedi:

– Bu gün təkcə ABŞ-ın rəqibləri və ya onun əlindən pislik  görmüş dövlətlərdə   (onların sayı  son 20 ildə daha da çoxalıb) deyil, həm də Vaşinqtonun dostu və tərəfdaşı olan ölkələrdə ekspertlər  ortaya sual qoyurlar:  “Donald Trampın  İŞİD-in təsisçisi élan etdiyi  Hillari Klinton ABŞ prezidenti seçilərsə, Pentaqonun İŞİD-ə qarşı indiyədək apardığı mübarizənin taleyi necə olacaq?”

Başqa bir ekspert yazır ki, küçənin ortasında, televiziyanın canlı yayımında, biznes-forumda və ümumiyyətlə, hər yerdə tanıdığı və tanımadığı qadınları  yatağına çəkmək istəyən, davranışında və əxlaqında ciddi problemlər olan Donald Tramp ABŞ prezidenti seçilərsə, rəsmi Vaşinqton hansı üzlə demokratiyadan, insan hüquqlarının qorunmasından, qloballaşmadan danışa biləcək? Axı qloballaşma ölkələrin və xalqların mədəniyyətlərini bir dam altına toplaşmağa dəvət edir, hamının eyni təfəkkür və ya oxşar  düşüncə ilə yaşayıb fəaliyyət göstərməsinə çağırır.  Hansı normal əxlaq sahibi  Tramp kimi mənəviyyat sahibinin rəhbərlik etdiyi ölkə və xalq ilə eyni mədəniyyətin daşıyıcısına çevrilmək istəyər?

Gənc Vətənpərvərlər Birliyinin sədri  dedi ki,  “Demokratiya və insan hüquqlarının beşiyi”ndə baş verənlər  bu ölkənin nüfuzunu sarsıdır: -- Mən uzun illərdir ki, Azərbaycan gənclərinin böyük bir ordusunu özündə birləşdirən Gənc Vətənpərvərlər Birliyinə rəhbərlik edirəm.  Fəaliyyətimizin böyük bir hissəsi  dövlət başçımızın milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirdiyi siyasətin dəstəklənməsindən ibarət olub. Odur ki, bizim haqq-ədalət gözlədiyimiz Amerika Birləşmiş Ştatları kimi güclü dövlətə məlum davranışın və mədəniyyətin  sahibi olan  belə siyasətçilərin  rəhbərlik etməsi qloballaşma adlı məfhumun gələcəyini şübhə altına alır.

Bütün bunlar isə sübut edir ki, siyasətin, iqtisadiyyatın , elm və texnikanın inkişafında böyük uğurlar qazanan ABŞ cəmiyyət həyatının mühüm sahələrində baş verən və ya baş verəcək eybəcərlikləri, aşınmanı,  irqi ayrı-seçkilik  və insan hüquqlarının kobud şəkildə pozulması  kimi mənfi təzahürləri unudurmuş. Belə olmasaydı, hər gün bu ölkənin müxtəlif ştatlarında yaşayan qaradərililərdən kiminsə polis tərəfindən öldürüldüyü barədə xəbərlər gəlməzdi. Bütün bunlar sübut edir ki, ABŞ-da  ya cəmiyyət yorulub, ya da idarəetmə prinsipləri köhnəlib. Prezidentlərin teledebatları zamanı baş verən rüsvayçılıqlar  bu  ehtimalların hər ikisinin həqiqətə söykəndiyini sübut edir.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında