Qulam İSHAQZAİ: Azərbaycan çox qısa zamanda böyük inkişaf yolu keçib

Oktyabrın 12-də Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Əli Əhmədov Azərbaycanın müstəqilliyinin bərpasından ötən 25 il ərzində ölkəmizdə həyata keçirilən mühüm layihələr, sosial və iqtisadi sahələrin inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər barədə məlumat verib.

Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı arasında əlaqələrin inkişafından danışan Baş nazirin müavini dövlətimizin başçısı İlham Əliyevin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzaladığını xatırladıb. Bildirib ki, Minilliyin Bəyannaməsinə qoşulmuş ölkəmizdə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilib və uğurla icra olunub. İmzalanmış yeni fərmanla Azərbaycan Respublikası BMT-nin davamlı, dayanıqlı inkişaf proqramlarına qoşulmaq sahəsində yeni bir səhifə açıb.

Azərbaycanda Minilliyin İnkişaf Məqsədləri ilə əlaqədar çox böyük işlərin görüldüyünü qeyd edən Baş nazirin müavini deyib ki, ölkəmizdə həyata keçirilən tədbirlər, müvafiq proqramın icrası nəticəsində yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə düşüb. Təbii ki, bütün bunlara nail olmaq üçün iqtisadiyyatın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması kimi mühüm layihələr həyata keçirmək lazım idi və bu da reallaşdırıldı. “İndi isə qarşımızda yeni vəzifələr qoyulub və BMT-nin bu layihəsinə qoşulmaqla Azərbaycan həmin hədəfləri də öz hədəfləri kimi müəyyənləşdirib”, – deyə Ə.Əhmədov bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qurumun müəyyən etdiyi davamlı inkişaf məqsədlərinin milli hədəf proqramına daxil edilməsini, ölkəmizdə sürətli və davamlı inkişafın təmin olunması, yoxsulluğun aradan qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

“Azərbaycan çox qısa zamanda böyük inkişaf yolu keçib, yoxsulluğun aradan qaldırılması və digər sahələrdə uğurlar əldə edib. Sosial, iqtisadi sahələrdə göstəricilərə baxdıqda biz bir daha bunun şahidi ola bilərik. Azərbaycan BMT sistemində çox fəal rol oynayır. Milli Əlaqələndirmə Şurasının yaradılması region üçün nadir nümunə hesab oluna bilər”, – deyə rezident əlaqələndirici qeyd edib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında