Filip QORDON: ABŞ Dağlıq Qarabağ üzrə sülh danışıqlarının sürətindən narahatdır

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon ötən həftə Astanada baş tutan ATƏT-in zirvə toplantısının nəticələrini Vaşinqtondakı brifinqdə jurnalistlərə şərh etmişdir.
Qazaxıstan paytaxtında müzakirə edilən məsələlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də olduğunu bildirən diplomat sammitdə bununla bağlı münaqişə tərəfləri və ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatını müsbət addım kimi qiymətləndirmişdir. Eyni zamanda, o bildirmişdir ki, Birləşmiş Ştatlar sülh danışıqlarının gedişinin sürətindən, prosesdəki mövcud boşluqlardan və son zamanlar atəşkəs rejimində baş verən pozuntulardan narahatdır. O demişdir: "Bu, təhlükəli vəziyyətdir. Məhz bu səbəbdən biz, ATƏT-in bütün üzv dövlətləri tərəfindən vurğulanan Helsinki prinsipləri əsasında irəliləyişin əldə edilməsi üzərində intensiv iş aparırıq".
Dövlət katibinin müavini son zamanlar Rusiyanın vasitəçi kimi artan rolu, Birləşmiş Ştatların isə bu mənada passivliyi barədə fikirlərlə razılaşmayaraq demişdir ki, Rusiya münaqişədə rolunu fəallaşdırsa da, ABŞ da Rusiya kimi, münaqişənin Minsk qrupu tərəfindən razılaşdırılan Əsas Prinsiplər üzərində həll olunmasını görmək istəyir. O əlavə etmişdir ki, özü və həmkarları münaqişə tərəfləri ilə yaxın təmasdadır. Bu ilin iyulunda Azərbaycana və Ermənistana səfər edən dövlət katibi Hillari Klinton da məsələ ilə bağlı mütəmadi məlumatlar alır, vəziyyəti yaxından izləyir, Azərbaycan və Ermənistan liderləri ilə daim əlaqədədir. ABŞ münaqişənin həllinə verdiyi əhəmiyyətə görə, prosesdə yaxından iştirak edəcəkdir.
Dövlət Departamentinin məxfi materiallarını sızdıran "WikiLeaks" açıqlamalarının Astanadakı zirvə toplantısının ab-havasına təsirinə toxunan Filip Qordon demişdir ki, dövlət katibi Klinton bu məsələ ilə bağlı mövqeyini ATƏT üzvlərinə aydın və açıq şəkildə çatdırmışdır: "Deyə bilərəm ki, bir çox lider vəziyyəti anladıqlarını ifadə edərək birgə işimizi davam etdirmək istəklərini bildirmişlər".

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında