Supna Zaidi Peery: Azərbaycanın multikultural dəyərlərə belə yüksək önəm verməsini alqışlayıram

V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından olan Supna Zaidi Peery əslən pakistanlıdır, ABŞ-da yaşayır.  O, forumda müzakirə edilən məsələlər və tədbirin təşkili ilə bağlı təəssüratlarını “Xalq qəzeti” ilə bölüşdü:

– Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Humanitar Foruma müxtəlif ölkələrdən gələn təmsilçilər  fərqli mədəni, dini konfessiyalara mənsub olmalarına baxmayaraq, öz çıxışlarında beynəlxalq ictimaiyyətə eyni mesajları verdilər. Belə multikultural cəmiyyətdə sülh və əmin-amanlıq şəraitində yaşamaq, müxtəlif etno-dini konfessiyalar arasında qarşılıqlı mehriban münasibətlər  mühüm yer tutur.  Əsas məqsəd və məramımız  öz ölkəmizə  qayıtdıqdan sonra forumda müzakirə edilən məsələləri diqqətdə saxlamaq, multikulturalizmin sosial cəmiyyətdə inkişafına  nail olmaqdır.

Təəssüf ki, bu gün dünyada din və milli mənsubiyyət məsələsindən manipulyasiya edilir. Bu isə münaqişələrə, toqquşmalara səbəb olur. Biz təşkilat olaraq, bu cür  hallara “yox” deyirik. Çünki hamımıza  əziz olan insanlar, ailə üzvləri, dost-tanış var. Biz bu cür  xoşagəlməz qanlı olaylara qarşıyıq. Əgər müxtəlif etnik və dini kəsimlərə mənsub insanlar bir-birinə humanizm prinsiplərindən yanaşarsa, məncə, bu cür hadisələr olmaz və belə münaqişələrin həlli tapıla bilər.

Həmsöhbətim  dedi ki, muslimworldtoday.com adlı  saytımız  fəaliyyət göstərir.  Saytımız təkcə müsəlman ölkələrini, islam dünyasını deyil, müxtəlif mədəniyyətləri işıqlandırır.

Bakı çox gözəl şəhərdir. İnsanları isə səmimi və mehribandır.

Hazırladı: Əfsanə BAYRAMQIZI,
  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında