Azərbaycan-İran dostluq münasibətləri iki ölkənin təhlükəsizlik orqanları arasında əməkdaşlığın inkişafında mühüm rol oynayır

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Mədət Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi misilsiz xidmətləri, ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və hüquq mühafizə sahəsində uğurla aparılan islahatlar, ümumilikdə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin ümumi səyləri nəticəsində ölkələrimiz arasında inkişaf edən dostluq münasibətləri dövlətlərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində əlaqələrin gücləndirilməsinə də xidmət edir.

 Əbdülrza Rəhmani Fəzli dost və qardaş xalqlarımızın tərəqqisi naminə dövlətlərimizin başçılarının rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf və təhlükəsizlik siyasətinə əlverişli şəraitin yaradılması üçün ölkələrimizin aidiyyəti orqanlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin xüsusi önəm daşıdığını qeyd edib. Qonaq bu səfərin dövlətlərimiz, eləcə də müvafiq strukturlar arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında