Azərbaycan xalqı sentyabrın 26-da mühüm bir tarixi addım atdı

Son 23 ildə ölkəmizdə keçirilən istənilən seçki və ya referendumun xalqımızın daha firavan həyatı naminə reallaşdırıldığı hamıya gün kimi aydındır. Amma, sentyabrın 26-da keçirilmiş referendumun əhəmiyyəti bizim üçün daha çox idi. Çünki gənc müstəqil dövlətimiz zamanın çağırışlarına cavab olaraq, beynəlxalq aləmdə daha böyük nailiyyətlərə imza atmaq istəyir, insanlarımız daha müasir cəmiyyətdə, daha firavan şəkildə yaşamağa çalışırlar. Bütün bunlara nail olmaq üçünsə, idarəetmədə yeni addımlar atılmalı, qanunvericilik bazası daha da mükəmməlləşdirilməlidir. Artıq dövlətimiz bu sahədə özünün uğurlu addımlarından birini atdı və xalqın möhtəşəm dəstəyini, etmadını qazandı...

Bu fikirləri Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş KƏRİMİ  ölkəmizdə keçirilmiş referendumun nəticələrinə münasibət bildirərkən söylədi. Vətəndaşlarımızın referenduma diqqətlə yanaşmasını , hamının səsvermədə fəal iştirak etməsini  dövlətimizin başçısına olan böyük inamla bağlayan professor qeyd etdi  ki,  islahat xarakterli bu referendum  kifayət qədər uğurla başa çatdı.  Belə ki, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini səsvermədə yaxından iştirakla bir daha ifadə etdilər. Bundan başqa,  referendum Azərbaycan Respublikasının Konstitusiyasının müasir dövrə, həyatımızda baş verən irəliləyişlərə uyğunlaşdırılması və yeni tələblərə  uyğun formaya salınması baxımından əhəmiyyət kəsb edirdi.

Hamımızın mütəşəkkilliklə səs verdiyimiz həmin  dəyişikliklər əsasən insanların hüquq və azadlıqlarının daha yaxşı təminatının yaradılmasına yönəlmişdi. Mütəxəssislər qeyd edirlər ki, uğurla başa çatdırdığımız referendum  Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi, idarəçilik mexanizminin daha çevik formaya salınması ilə əlaqədardır. Biz fəxr edirik ki, referendumda səs verməklə, həmin proseslərin iştirakçısına çevrildik.

Professor fəxrlə yada saldı ki, əcnəbi müşahidəçilər və xarici mətbuat təmsilçiləri ölkəmizdə keçirilən referenduma hazırlığın, səsvermənin təşkilinin və ən başlıcası, seçici fəallığının yüksək səviyyədə olduğunu dedilər və yazdılar: Məsələn, rusiyalı müşahidəçi İlyas Umaxanov mətbuata verdiyi müsahibədə dedi ki,  Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər assosiativ xarakter daşıyır. Qərbli həmkarlar bu məqama diqqət yetirirlər. MDB ölkələri, keçmiş müttəfiq respublikalar novatorluq, demokratik inkişafın tamamilə yeni normalarını nümayiş etdirir. Bu mənada Azərbaycan Prezidenti ölkənin dövlət quruculuğuna yeni elementlər daxil edilməsinin avanqardıdır... Bundan başqa, mən Rusiyada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin referendum günü Bakıdan verdiyi məlumatlarla da tanış oldum. “Regnum” xəbər portalının hələ səsvermə tam başa çatmamış Bakıdan verdiyi məlumatda seçici fəallığını və gündəlikdəki hansı məsələyə neçə faiz seçicinin səs verdiyini göstərən yeddi rəqəm göstərilmişdi. Həmin rəqəmlərin hamısı 71-91 faiz arasında idi. Yəni, beynəlxalq aləmdəki həmkarlarımız Azərbaycandakı Konstitusiya islahatını diqqətdən kənar qoymadılar və yüksək qiymətləndirdilər.

Hazırladı:
Rafiq SALMANOV,
“Xalq qəzeti”
(Foto müəllifindir)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında