Məzahir Əfəndiyev: Forumun ölkəmizin beynəlxalq imicinə müstəsna təsiri var

Bakıda baş tutan V Beynəlxalq Humanitar Forumla bağlı yerli və beynəlxalq  ekspertlərin rəyləri böyük maraq doğurur. BMT-nin Azərbaycandakı strateji müşaviri, Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlılar Assosiasiyasının sədri Məzahir Əfəndiyevin forum barədə fikirlərini oxucularımıza təqdim edirik:

– İki gün ərzində Bakıda keçirilən V Bakı Humanitar Beynəlxalq Forumu  Azərbaycan dövlətinin apardığı müstəqil və sülhsevər siyasətin növbəti təntənəsi oldu. Bu ənənənin əsası Prezident İlham Əliyev tərəfindən qoyulub və neçə ildir ki, uğurla davam etdirilir. Beynəlxalq humanitar forumların, mədəniyyətlərarası dialoq tədbirlərinin paytaxtımızda keçirilməsi Bakı üçün çox böyük əhəmiyyət kəsb edir.  Bu kimi forumların beynəlxalq imicimizə müstəsna təsiri var. Builki forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak etdi. Bu, sanballı bir göstəricidir. Bu forumlar Azərbaycanın beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət yetirdiyini göstərir.

Prezident İlham Əliyev forumun açılışındakı çıxışında da qeyd etdi ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında, əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il bundan əvvəl Bakıda dünyanın dini liderlərinin Zirvə görüşü keçirilmişdir. Bu il isə BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu baş tutmuşdur. Bütün bu mötəbər tədbirlər çərçivəsində beynəlxalq humanitar əməkdaşlığa, multikulturalizmə və digər önəmli məsələlərə dair geniş diskussiyalar, müzakirələr aparılmışdır.

Natiq qeyd etdi ki, hazırda dünyada baş verən arzuolunmaz siyasi proseslərin, o cümlədən təbii fəlakətlər bir sözlə insan itkisinə yol açan hadisələrin hər birinin həlli və çıxış yolları axtarılıb tapılmalıdır. Bunun üçün münbit dialoq şəraiti olmalıdır. Nəzərə alsaq ki,  Azərbaycan özü də çoxkonfessiyalı, çoxmillətli ölkədir, burada bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır, onda belə möhtəşəm toplantılara ev sahibliyi etməyimizin bizə ancaq faydası ola bilər. Hesab edirəm ki, Azərbaycanın dünyaya sülh, qardaşlıq, əməkdaşlıq mesajları verməsi belə forumlarda bir daha öz təsdiqini tapır və onu göstərir ki, bu prosesdə həm xalqımız, həm də rəsmi dövlət siyasətimiz iştirak edir.  Bu kimi tədbirlər, eyni zamanda, iki il ərzində dünyanın ən böyük təşkilatı sayılan BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunan bir ölkə üçün layiqli missiyadır.

Anar TURAN,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında