ISESCO-nun baş direktoru: Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır

Dünya sülhün qorunması üçün mövcud vasitələri dəyişməlidir. Mən hər zaman çıxışlarımda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinin vacibliyini vurğulayıram. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Ermənistanın ölkənizin torpaqlarını işğal etməsi Beynəlxalq hüquqa ziddir və bu işğal dayandırılmalıdır. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumlar bununla bağlı qətnamə və qərarlar qəbul edib, Ermənistanın işğalçı əməllərini pisləyən bəyanatlar yayıblar. Bu ərazilərdən məcburi köçkün düşmüş insanların haqları bərpa olunmalıdır. Bizim qurum bu işğal faktını qətiyyətlə pisləyir.

Bu fikirləri V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri AZƏRTAC-a müsahibəsində deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin humanitar forum təşəbbüsünü hər zaman dəstəklədiyini söyləyən Əbdüləziz bin Osman Əl-Tuveycri birinci xanım, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dünya mədəni irsinin qorunmasına verdiyi töhfələri yüksək qiymətləndirib və Azərbaycan Hökumətini yüksək səviyyəli təşkilatçılıq münasibətilə təbrik edib.

Ədalət, sülh, bərabərlik ideyalarını yayan insanlar üçün Bakı Forumunun mühüm platforma olduğunu bildirən ISESCO-nun baş direktoru sülh və təhlükəsizlik üçün yaranmış təhdidlərə qarşı mübarizədə tədbirin qlobal əhəmiyyətinə toxunaraq deyib: “Dünyanın bir çox ölkələrindən nüfuzlu şəxslər bu foruma qatılmaq üçün Bakıya gəlib. Azərbaycanda mövcud olan tolerantlıq, müasirlik dünya ölkələri üçün bir modeldir. Azərbaycan Prezidenti ölkəsinin gündən-günə çiçəklənməsi üçün əlindən gələni edir. Düşünürəm ki, biz Azərbaycanın bu təşəbbüsünü dəstəkləməliyik. Bu, dünyaya böyük çağırışdır. Əminəm ki, forum dünyada sülh və təhlükəsizliyə öz töhfəsini verəcək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında