Humanitar Forum müasir medianın inkişaf meyillərinin müəyyənləşməsi baxımından mühüm platformadır

Bakı Beynəlxalq Humanitar Forumu müasir medianın inkişaf meyillərinin müəyyənləşməsi baxımından da mühüm platformadır. Burada aparılan müzakirələr KİV-ə müasir cəmiyyətdəki yerini və rolunu dəqiqləşdirməkdə, trendləri və perspektivləri müəyyənləşdirməkdə kömək edir.

Bu fikir V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun sentyabrın 30-da UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşündə səslənib.

Baş direktor qeyd edib ki, əhatə dairəsi və miqyası ildən-ilə daha da genişlənən Bakı Beynəlxalq Humanitar Forumu qlobal dünyamızı düşündürən bir sıra ictimai-siyasi məsələlər, yeni çağırışlar və meyillər barədə ətraflı müzakirələr aparmaq, perspektiv fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün nadir məkandır. Hətta Davos İqtisadi Forumu ilə müqayisə olunan Bakı Forumu dünyanın bütün qitələrində böyük rəğbət qazanıb.

Qetaçyu Enqida bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu XXI əsrdə bəşər sivilizasiyası qarşısında duran qlobal çağırışlara cavab tapmaq, humanitar əməkdaşlığın ən mühüm məsələlərinə dair geniş spektrli dialoq, fikir mübadiləsi və müzakirələr aparmaq baxımından böyük önəm kəsb edir. Müasir dövrdə mövcud problemlərin həllində medianın obyektiv, qərəzsiz fəaliyyətinə böyük ehtiyac olduğunu vurğulayan UNESCO-nun baş direktorunun müavini forum çərçivəsində keçirilən “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda “dəyirmi masa”da aparılan müzakirələrin aktuallığını və vacibliyini qeyd edib.

Qetaçyu Enqida Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının (OANA) XVI Baş Assambleyasının AZƏRTAC-ın ev sahibliyi ilə Bakıda eyni vaxtda keçirilməsinə dair qərarı yüksək qiymətləndirib. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında