Referendum xalqımızın milli maraqlarının təmin edilməsinə faydaları ilə yadda qalacaq

 26 sentyabrda Azərbaycanda mövcud konstitusiyanın 23 maddəsində dəyişiklik və 6 yeni maddənin əlavə edilməsinə dair səsvermə həyata keçirildi. Azərbaycan və dünyanın müxtəlif yerlərində yaşayan vətəndaşlarımız seçki məntəqələrinə gedərək səsvermədə iştirak etdilər.

“Belə bir dəyişikliyə  niyə ehtiyac duyuldu” – sualına cavab verməzdən öncə bölgəmizdə cərəyan edən hadisələr qarşısında meydana çıxa biləcək  kritik vəziyyətin analiz edilmə dövründə mövcud konstitusiyanın  yetərli olub-olmadığı məsələsini  dəyərləndirmə zərurəti meydana çıxır.

 Azərbaycan 1995-ci ildə hazırkı konstitusiyanı qəbul etdi, daha sonra iki dəfə  dəyişiklik  üçün xalq referenduma getdi. Bütün bu illər ərzində Yaxın Şərq və Qafqaz regionu “soyuq müharibə” dönəminin ardından yaşanan çox qaynar və kəskin radikal qrupların yaratdığı xaos vəziyyəti nəticəsində, sadəcə, siyasi deyil, iqtisadi cəhətdən də qüdrətli dövlətlərin ani həmlələri sayəsində nəzarət edilməsi qeyri-mümkün olan arenaya çevrildi. Azərbaycan bu qədər riskli və geopolitik sarıdan da önəmli olan regionda sağlam, stabil və güvənilən şəkildə varlığını sərgiləməklə birlikdə, ölkədə dövlət idarəçiliyi nöqteyi- nəzərindən bəzi islahatlara ciddi şəkildə ehtiyac duymaqdadır. Başqa bir ifadə ilə desək, regionun hazırkı şəraiti bunu tələb edir.

Azərbaycan prezidentlik sistemi ilə idarə edilən ölkələrin dövlətçilik təcrübəsindən yola çıxaraq, qlobal dünyanın insan haqları mərkəzlərinə bağlı olan, siyasi, iqtisadi və mədəni  idarəçilik mexanizmi  ilə yoğrulmuş, demokratik dəyərləri özündə əks etdirən islahata səs verdi. Sentyabrın 26-da 23 maddədə dəyişikliyi nəzərdə tutan və yeni 6 maddə əlavə etmək  üçün həyata keçirilən referendum baş tutdu. Müasir çağırışlar dövlət idarəçiliyində  konstitusiyada nəzərdə tutulan dəyişikliyi zərurətə çevirmişdir. Son zamanlarda dünyanın bir çox yerlərində yaşanan və Azərbaycanda da xaricdən yazılan ssenarilərlə içəridəki bəzi güclərin xaos yaratma təşəbbüslərinin də tam referendum öncəsinə uyğun gəlməsi təsadüfi deyil. Güclü dövlət firavan həyat və rahat cəmiyyətin təminatıdır. Bu baxımdan, millət olaraq dövlətimizin daha da güclənməsi üçün onun idarəçilik mexanizminin aktiv fəaliyyəti və qüdrətinin təminatı olan 26 sentyabr referendumunda Konstitusiyamızda dəyişikliklərə  "hə" demək üçün Vətəndə və xaricdə yaşayan insanlarımızın əksəriyyəti məntəqələrə gedərək fəal iştirak etdilər. İnanıram ki, referendumdakı dəyişiklik  Azərbaycanda yeni səhifənin başlanğıcı olacaq və xalqın milli maraqlarının, sosial rifahının təmin edilməsində öz faydaları ilə yadda qalacaq.

Aygün Attar,
Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü,
Giresun Universitetinin tarix kafedrasının müdiri, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında