Referendumun keçirilməsi zəruri siyasi addım idi

Sentyabrın 26-da  ölkəmizdə konstitusiyada əlavə və dəyişikliklərlə bağlı  keçirilən  referendum da  zəruri siyasi addım idi.

Azərbaycan xalqı bu referenduma  yüksək  əhval-ruhiyyə ilə  gəlmişdi. Mən  ali təhsil  sahəsində çalışıram və  bilirəm ki, təhsil işçiləri  dövlətimizin  siyasi kursunu dəstəkləyir  və  Prezidentimizin təhsilin inkişafına  göstərdiyi diqqət və  qayğını  yüksək qiymətləndirirlər. Doğrudan da, ölkəmizdə  son illər  uğurla  həyata keçirilən islahatlar  milli  təhsilimizin yeniləşməsinə, dünya standartlarına uyğunlaşmasına  təminat yaratmışdır.

Milli təhsilin inkişafına  göstərilən  diqqət və qayğının nəticəsidir ki, 
Prezidentimiz  son on üç il ərzində 25-ə yaxın  dövlət proqramı qəbul edilməsi ilə bağlı sərəncam imzalamışdır. Bu gün  uşaqlarımız müasir tələblərə cavab verən   gözəl, yaraşıqlı, yeni avadanlıqla   təchiz olunmuş məktəblərdə təhsil alırlar.

Ali təhsil  sahəsində aparılan islahatlar da uğurla  həyata  keçirilir. Yeni dərsliklər yazılır, tələbələrin yataqxana ilə təminatına  xüsusi  diqqət yetirilir.  Ali məktəblərdə  elmi-tədqiqat işlərinin aparılmasına müsbət  şərait yaradılır. 

Ona  görə də  çoxsaylı təhsil işçiləri  həmişə ölkənin siyasi həyatında  fəallıq   göstərirlər. Onlar  konstitusiyada  dəyişikliklərlə bağlı referendumda  xüsusi fəallıq  göstərdilər,  ölkəmizin  daha  uğurlu sabahına,  azadlığa, demokratiyaya səs  verdilər.

Bahar CƏFƏROVA,
Fövqəladə Hallar Nazirliyi Akademiyasının
humanitar fənlər kafedrasının müdiri, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında