Mədəniyyət işçiləri haqqın və ədalətin təntənəsinə səs verdilər

Azərbaycan  xalqı  sentyabrın 26-da Konstitusiyaya  dəyişikliklərlə bağlı referendumda öz iradəsini  şəffaflıq və demokratiya şəraitində nümayiş etdirdi. Yüksək səviyyədə keçirilən   referenduma  seçicilər  böyük həvəslə  gəldilər, xalqımız  azadlığa, demokratiyaya,  dövlətimizin xoşbəxt gələcəyinə  səs verdi.

 Mən mədəniyyət işçisiyəm, ölkədə  gedən  mədəni prosesləri  həmişə diqqətlə izləyirəm. Bilirəm ki, mənim kimi mədəniyyət sahəsində çalışan minlərlə işçi  dövlətimizin  siyasətini  dəstəkləyir. Bunun da  obyektiv  səbəbləri var. Son illər   mədəniyyət inkişafımızın prioritet sahələrindən  biri kimi sürətli tərəqqi yolundadır. Mədəniyyətin elə sahəsi  yoxdur ki, onunla bağlı ayrıca  dövlət proqramı  qəbul edilməsin. Teatr, kino, kitabxana  və muzey işi,  mədəni irsin qorunması  və  sair  sahələr  üzrə  çoxillik  dövlət proqramları  mədəniyyətin tərəqqisinə  güclü təsir  göstərmişdir. Mədəniyyət işçilərinə vaxtaşırı  fəxri  adlar, prezident mükafatı  və  təqaüdləri  verilir, onlar mənzillə  təmin olunurlar.

Azərbaycanda  həyata keçirilən mədəniyyət  siyasəti ölkəmizin mədəni potensialını daha da  gücləndirmiş, Azərbaycan incəsənətinin  dünyada  tanınmasına  geniş imkanlar açmışdır. Bir sıra  maddi və mənəvi sərvətlərimiz  UNESCO-nun  Ümumdünya İrs  Siyahısına  salınmışdır. Multikultural dəyərlərə söykənən Azərbaycan mədəniyyəti  inkişafımızın  reallıqlarını əks etdirir. 

Bütün  bunlar   dövlətimizin uğurlu mədəniyyət  siyasəti nəticəsində mümkün olmuşdur. Bu siyasət strateji xarakterlidir və  dövlətimiz  inkişaf etdikcə  mədəniyyətimizin də tərəqqisinə geniş imkanlar açılır.

Mədəniyyət işçiləri  ölkəmizdə  gedən siyasi proseslərdən heç də kənarda qalmırlar.  Onlar azad, demokratik bir ölkənin  vətəndaşları olmaqdan qürur duyur və  yaxşı bilirlər ki, bu gün baş verən müsbət meyilli proseslər onların  xoşbəxt  gələcəyi üçün zəmin olacaq. Elə  referendumda   mədəniyyət işçilərinin  xüsusi   fəallıq  göstərmələri məhz bu amillə bağlıdır.  Söz yox ki, ölkə  konstitusiyasına  edilən dəyişikliklər  Azərbaycanımızın  uğurlu sabahına  yönəlmiş siyasətin yeni  təzahürüdür.

Elçin ORUCOV,
 Əməkdar mədəniyyət
 işçisi, rəssam

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında