Xalqımızın referendumdakı mütəşəkkilliyi mövcud siyasi kursa olan böyük etimadın göstəricisidir

Gənc müstəqil dövlətimizin hərtərəfli inkişafı  elə bir səviyyəyə çatıb ki, artıq bugünkü idarəetmədə beş-on il əvvəlki qaydalarla, normativlərlə işləmək,  bəlkə də, zamanla ayaqlaşmamaq kimi qiymətləndirilə bilərdi. Ona görə də möhtərəm Prezidentimizin Konstitusiyaya bəzi dəyişiklik və əlavələrin edilməsi ilə bağlı Referendum Aktının layihəsini imzalamasından sonra bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası və sürəti bir daha sübut etdi ki, xalq bu islahatları sidq-ürəklə dəstəkləyir.  Ölkə əhalisinin sentyabrın 26-da nümayiş etdirdiyi qətiyyət və mütəşəkkillik  beynəlxalq aləmdəki soydaşlarımızın da böyük sevinc və marağına səbəb olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, Edinburq Universitetinin professoru Qulamrza Səbri  Təbrizinin ürək sözləri də bu baxımdan  maraqlıdır:

 – Soydaşlarımızın referendumun gündəliyinə çıxarılan məsələlərə olan  münasibətini  bilavasitə referendum günü gördük. Seçicilərin sentyabrın 26-da nümayiş etdirdiyi mütəşəkkillik təkcə bizim deyil, eləcə də bütün beynəlxalq müşahidəçilərin marağına səbəb olmuşdu. Referendumun gedişini izləmiş hər iki əcnəbi müşahidəçidən biri mütləq seçici fəallığını yada salırdı. Həmin rəyləri eşidəndə mən bir azərbaycanlı kimi fəxr etdim.

Daha böyük fəxr etməli məqamla isə referendumun ertəsi günü -- Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıtdakı Heydər Əliyev Mərkəzinin yeni binasında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışına qulaq asarkən rastlaşdıq. Dövlət başçımız həmin çıxışında dedi:  "Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və dünən keçirilmiş referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir. Bir daha onu göstərdi ki, Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti və müstəqilliyi seçir".

Prezident əlavə etdi ki, dünən keçirilən referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir. Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı: "Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb".

Edinburqlu – azərbaycanlı daha sonra dedi:

– Mən Azərbaycan tarixinin dünəni, bugünü və sabahı ilə daim maraqlanan bir ziyalı kimi qətiyyətlə deyə bilərəm ki, sentyabrın 26-da  keçirilən referendum ölkəmizin gələcək inkişafının yeni istiqamətlərini müəyyən edir. Dövlət başçımızın dediyi kimi, Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə "hə" deyib,  ölkə rəhbərliyinin  təkliflərini dəstəkləyib.  Məhz buna görə də mən beynəlxalq aləmdəki diaspor  təşkilatlarında cəmləşən soydaşlarımız adından  bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz həmişə birlikdə olmuşuq, yenə də olacağıq. Biz həmişə Heydər Əliyev siyasi kursunu dəstəkləmişik, yenə də dəstəkləyəcəyik.

Hazırladı:
 İsaq ƏMƏNULLAYEV,
 "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında