Avropa Xalq Partiyası: Ümumxalq səsverməsi Azərbaycan xalqının iradəsini mütləq şəkildə əks etdirdi

Azərbaycanda  Konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələrlə bağlı sentyabrın 26-da keçirilən  ümumxalq səsverməsi azad, sərbəst və ən mütərəqqi beynəlxalq standartlara cavab verib. Səsvermə Azərbaycan xalqının iradəsini mütləq şəkildə əks etdirib.

Bu fikirləri Avropa Xalq Partiyasının vitse-prezidenti David Mario sentyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib.

Bildirilib ki, Avropa Xalq Partiyası Azərbaycanda keçirilən ümumxalq səsverməsində Mərkəzi Seçki Komissiyasının dəvəti əsasında müşahidəçi qismində iştirak edib. Nümayəndə heyəti 11 üzvdən ibarətdir. Onlar bundan əvvəl müxtəlif ölkələrdə keçirilən seçkiləri izləyiblər və kifayət qədər təcrübəyə sahibdirlər. Nümayəndə heyəti səsvermədən bir gün əvvəl seçki məntəqələrində müşahidələr aparıb.

Vitse-prezident  deyib ki, bugünkü səsvermədə  Azərbaycan vətəndaşları təklif olunan 29 dəyişiklik və əlavəyə müstəqil şəkildə münasibətlərini bildiriblər. Partiya üzvləri gün ərzində ölkə ərazisindəki müxtəlif seçki məntəqələrində səsvermənin gedişini izləyiblər. Müşahidələr beynəlxalq standartlara tam uyğun aparılıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında