Elman Nəsirov: Azərbaycan Prezidenti tarixi faktlara söykənməklə Ermənistana sarsıdıcı zərbə endirdi

2016-cı il sentyabrın 16-da MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyan bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış etmişdir. İşğalçı dövlətin rəhbəri bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu demişdir.

Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Lakin Azərbaycan  Prezident İlham Əliyev Belarus Prezidentindən xahiş etmişdir ki, ona danışmaq üçün imkan versin. Belarus Prezidentinin razılığından sonra çıxış edən  dövlətimizin başçısı Ermənistan prezidentinə tutarlı və sərt cavab vermişdir. Respublikamızın rəhbərinin faktlara əsaslanan tutarlı cavabı böyük əks-səda doğurmuşdur. Ermənistan prezidenti aqrumentlər qarşısında aciz qalmışdır. Azərbaycan Prezidentinin çıxışı işğalçı ölkənin rəhbərinin   yalanını növbəti dəfə ifşa etdi. İndiyə qədər bütün beynəlxalq tədbirlərdə rüsvay olan Ermənistan prezidenti bu dəfə də tutarlı faktlar qarşısında boynubükük qaldı. Üstəlik, paradoksal vəziyyət Ermənistanı daha da gülünc vəziyyətə qoydu.

Azərbaycan Prezidentinin tarixi faktlara söykənən tutarlı cavabı ölkəmizin siyasi xadimləri, ziyalıları və politoloqları tərəfindən də yüksək qiymətləndirilir.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov dövlətimizin başçısının Ermənistan prezidentinə sərt cavabına münasibət bildirərkən dedi ki, Azərbaycan Prezidenti tarixi faktlara söykənməklə, Ermənistana ciddi  zərbə endirdi: "Ermənistan prezidenti gah sülhdən danışır, gah da Azərbaycanı ittiham edir. Təəccüblüdür ki, bütün bunları bir milyondan artıq soydaşımızı qaçqın və köçkün vəziyyətinə salan,  işğal etdikləri Azərbaycan ərazilərində tarixi-mədəni abidələri yerlə-yeksan edən işğalçı ölkənin  rəhbəri deyir. Məlum olduğu kimi, bu ilin aprelində baş verən döyüşlərdə Azərbaycan dövləti, respublikamızın rəhbəri, Ali Baş Komandan kimi Ermənistana öz  hərbi gücünü göstərdi. Bu, bizim hərbi qələbəmiz idi. Lakin MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən toplantısında isə  ölkəmizin başçısı faktlara, arqumentlərə söykənərək, bədnam qonşumuzun işğalçılıq siyasətinin detallarını açıqlamaqla Ermənistan dövlətinə, onun prezidentinə diplomatik zərbə endirdi".

Politoloqun sözlərinə görə, bu tədbirdə Ermənistan prezidentinə daha bir zərbə onunla eyni təşkilatda təmsil olunan Belarusdan gəlib: "Həm Belarus, həm də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunurlar. Hər iki dövlət bu qurumun üzvüdür.Buna baxmayaraq, Belarus Prezidenti  dövlətimizin başçısı İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanın  yalanlarını ifşa etməsinə şərait yaratdı. Respublikamızın rəhbəri bu cavabı ilə Ermənistanın işğalçılıq siyasətini bütün MDB dövlət başçılarının nəzərinə bir daha çatdırdı. Azərbaycan Prezidenti bəyan etdi ki, beynəlxalq təşkilatlar bu məsələnin necə tənzimlənməli olduğunu çox dəqiq anlayırlar. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, "Ali beynəlxalq struktur var - BMT Təhlükəsizlik Şurası. Bu strukturdan yüksəyi yoxdur. Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində dörd qətnamə qəbul edib. Həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr yerinə yetirilmir. Ermənistan onlara məhəl qoymur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır. Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir".

Azərbaycan Prezidentinin çıxışını "Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir. Buna görə mən Ermənistan prezidentinin növbəti yersiz şikayətini nəzərə alaraq, bir daha bunları həmkarlarımızın diqqətinə çatdırmağı özümə borc bildim" - fikri ilə tamamlaması Ermənistan prezidentinin iç üzünü bir daha açdı.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında