Milli Məclis bir sıra beynəlxalq sazişləri təsdiq etmişdir

Milli Məclisin aprelin 20-də keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA) arasında yerləşmə haqqında" Saziş təsdiq olunmuşdur.
Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, bu sazişin təsdiqi türkdilli ölkələrin daha da yaxınlaşmasında, birliyin möhkəmlənməsində mühüm rol oynayan TürkPA-nın fəaliyyətinin genişlənməsində əhəmiyyətli rol oynayacaqdır.
Sazişin təsdiqi TürkPA-ya və onun katibliyinə BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar kimi fəaliyyət göstərməyə imkan yaradacaq, ona beynəlxalq status verəcəkdir.
Bundan başqa, iclasda "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında" saziş layihəsi və "İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsi də təsdiqlənmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında