Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrini heç bir qüvvə poza bilməz

Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) nümayəndələri 1915-ci ildə İğdırda ermənilər tərəfindən şəhid edilmiş türklərə aid üç müxtəlif kütləvi məzarlıqdan götürülmüş torpağın Qubadakı soyqırımı məzarlığına göndərilməsi üçün Azərbaycanın Qarsdakı baş konsulluğunda olmuşlar.
Görüşdə ASİMDER-in sədri Göksel Gülbey xalqlarımızın hər zaman erməni vəhşiliklərinə, soyqırımlarına məruz qaldıqlarını bildirmişdir. Qeyd edilmişdir ki, İğdırda aparılan araşdırmalar nəticəsində ortaya çıxarılan üç kütləvi məzarlıqdan götürülən torpağın Qubaya göndərilməsinin əsas səbəbi ermənilərin Anadoluda və Azərbaycanda törətdikləri soyqırımları bütün dünyaya açıq-aydın göstərməkdir.
Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov dövlətlərimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrini heç bir qüvvənin poza bilməyəcəyini bildirmişdir. Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu qeyd edən baş konsul, şəhid torpağını Qubadakı soyqırımı məzarlığına çatdıracağını bildirmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında