ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son vaxtlar yürütdüyü siyasətə etiraz edilməlidir

"ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son vaxtlar yürütdüyü siyasətə etiraz edilməlidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını üzərinə götürən həmsədr dövlətlərdən biri kimi ABŞ-ın indiki mövqeyi bu ölkə ilə Azərbaycan arasındakı münasibətlərin xarakterinə uyğun deyildir".
Bu sözləri Milli Məclisin aprelin 20-də keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov söyləmişdir.
Ə.Əhmədovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ Azərbaycanın maraqlarının ziddinə olaraq Ermənistana maliyyə dəstəyi verir. Bu da dünyada özünü demokratiyanın carçısı kimi təqdim edən ABŞ-ın missiyasına uyğun gəlmir. Azərbaycan parlamenti bununla bağlı ciddi mövqeyini bildirməlidir. Azərbaycan ictimaiyyəti, xüsusilə də siyasi partiyalar ABŞ-ın bu mövqeyinə etirazlarını açıq şəkildə ortaya qoymalıdırlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında