Hulusi Kılıç: "Azərbaycan - Türkiyə münasibətlərini heç kəs poza bilməz"

Türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyev dünyanın qəbul etdiyi nəhəng şəxsiyyətdir. O, müstəqil Azərbaycan Respublikasını bəlalardan xilas etmiş, dövlətin və dövlətçiliyin möhkəmlənməsində misilsiz xidmətlər göstərmişdir. Bu mənada ulu öndər haqqında yalan uydurmaq və onu yaymaq heç kəsə fayda verməyəcək. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç jurnalistlərə verdiyi açıqlamada belə dedi.
Hulusi Kılıç onu da əlavə etdi ki, Türkiyə vətəndaşları və dövləti Turqut Ər adlı şəxsin yazdığı kitabda qeyd olunan yanlış fikirlərə qətiyyən tərəfdar deyil: "Ölkəmizdə 73 milyon insan var, o da həmin insanlardan biridir. Turqut Ərin fikir, söz azadlığından faydalanaraq yazdığı kitab heç bir formada 73 milyon insanın mövqeyini, həmçinin Türkiyə dövlətinin mövqeyini ifadə edə bilməz. Türkiyə ictimaiyyəti yaxşını pisdən ayırmağı bacarır. Ölkəmizdə hər kəs ulu öndərin müstəqil Azərbaycan dövlətinin yüksəlişi naminə gördüyü əvəzsiz işlərdən xəbərdardır. Onun Azərbaycan - Türkiyə münasibətlərinin inkişafında göstərdiyi xidmətləri də heç kim unutmayıb. Ulu öndər Heydər Əliyev ölkələrimiz üçün "Biz bir millət, iki dövlətik" müdrik kəlamını deyən böyük şəxsiyyətdir."
Səfir qeyd etdi ki, bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixi köklərdən güc alaraq daha da inkişaf edir, yeni yüksəliş mərhələsini yaşayır. Qarşılıqlı faydalı əməkdaşlıq daha da dərinləşir. Ölkələrimiz arasında yüzdən çox anlaşma imzalanıb. Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsində davam etdirilir. Məhz bunun nəticəsidir ki, ötən həftədən etibarən Azərbaycan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısının keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb. Hazırlıq işləri yekunlaşdıqdan sonra şuranın toplantısında iştirak etmək üçün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək. "Gördüyünüz kimi, əlaqələrin möhkəmləndirilməsi üçün hər iki tərəf məqsədyönlü addımlar atır. İki qardaş ölkənin xalqlarının bir-birinə münasibəti yüz il bundan əvvəl də yüksək səviyyədə idi, yüz il bundan sonra da belə olacaq. Çünki bizi dilimiz, dinimiz, birgə tariximiz birləşdirir. Biz qan qardaşları, can qardaşlarıyıq. Ona görə də heç kəs Azərbaycan ilə Türkiyənin münasibətlərini poza bilməz."

{nl}

Rauf ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında