Medvedev ATƏT-in modernləşdirilməsini vacib bilir

ATƏT-in Astana sammitində iştirak etmək üçün Qazaxıstana gəlmiş Rusiya Prezidenti Dmitri Medvedev tədbiri dekabrın 1-də yarımçıq tərk edib. Bu barədə RİA "Novosti" xəbər yayıb. Ancaq bir qədər əvvəl RF Prezidentinin köməkçisi Sergey Prixodko bildirmişdi ki, Medvedev dekabrın 1-2-də sammitdə iştirak edəcək. Maraqlıdır ki, Qazaxıstanda müşahidə edilən güclü çovğun da Rusiya liderinin gedişinə mane olmayıb.
Medvedev Astana sammitində çıxışı zamanı münaqişələrin nizamlanması ilə bağlı vahid prinsiplərin işlənməsinin vacibliyini qeyd edib. "Ola bilsin ki, ən vacibi münaqişələrin nizamlanmasının vahid prinsiplərinin işlənməsidir. Və müəyyən hallarda deyil, bütün böhranlı vəziyyətlərdə onlara istinad etmək lazımdır", - deyə Medvedev ATƏT ölkələri liderlərinin qarşısında çıxışı zamanı bəyan edib.
O, qüvvə tətbiq edilməməsini, tərəflərin özləri arasında razılığın əldə olunmasını, razılaşdırılmış danışıqlar və sülhyaratma formatlarına hörmət edilməsini, münaqişə zonasında olan mülki əhalinin hüquqlarının təminatını münaqişələrin həllində əsas prinsiplər kimi dəqiqləşdirib. "Təkrar edirəm ki, belə məsələlərin nizamlanması tamamilə dinc yolla olmalıdır. 2008-ci ilin avqustunda Gürcüstan rəhbərliyinin Cənubi Osetiyada olduğu kimi, cəhd göstərdiyi qüvvə tətbiqi qətiyyən yolverilməzdir", - RF Prezidenti qeyd edib.
2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya Respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıb.
Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətlərini kəsib və MDB-dən çıxıb.
Medvedevin sözlərinə görə, regionda təhlükəsizliyi təmin edən təşkilat kimi ATƏT öz potensialını itirməyə başlayıb. Təşkilatın fəaliyyətinin forma və üsulunun dəyişdirilməsi vacibdir. "Rusiya ardıcıl olaraq Helsinki prinsiplərini təcrübədə həyata keçirməklə onlara yeni həyat verməyin tərəfdarı kimi çıxış edir. Bunun üçün ATƏT-i, onun fəaliyyətinin üslub və formalarını modernləşdirmək lazımdır. Həqiqətən də, təşkilat öz potensialını itirməyə başlayıb. Bu barədə açıq danışmaq lazımdır", - Medvedev bildirib.
Onun sözlərinə görə, təşkilatın fəaliyyət göstərməsi üçün dəqiq hüquqi baza və hamı üçün universal qaydalar lazımdır. "Onların həlli üçün bütün yeni öhdəlik və alətlərin istehsalı özünü tükədib, lakin daha dəqiq hüquqi baza və təşkilatın resurslarından istifadənin universal qaydaları lazımdır. Rusiya öz tərəfdaşlarının müəllifliyi ilə ATƏT-in yeni nizamnaməsinin layihəsini və onun strukturlarının işinin nizama salınması üzrə təkliflərini təqdim edib. Təşkilatın tələbkarlığını yalnız belə artırmaq və onun yaranmaqda olan qlobal arxitekturasını qurmaq olar", - Rusiya Prezidenti qeyd edib.
O deyib ki, ATƏT, NATO, Aİ, KTMT və MDB ölkələri arasında danışıqların universal meydançası ola bilər. "Mən əminəm ki, əməkdaşlığa əsaslanan təhlükəsizlik platformasına dayanaraq təşkilat NATO, Aİ, KTMT və MDB ölkələri arasında qarşılıqlı fəaliyyətin inkişafında hərəkətverici qüvvə olmağa qadirdir. Bu təşkilatlara daxil olan bütün ölkələr ATƏT-də təmsil olunublar. Bu mənada ATƏT meydan olaraq qalır", - Medvedev qeyd edib.
"Bu gün heç bir ideoloji maneə, hərbi qarşıdurma yoxdur. Biz bu problemlərin həlli üçün birləşə bilərik və birləşməliyik", - Rusiya Prezidenti bəyan edib.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında