Özəlləşmə hərracları canlı izləniləcək

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətindən aldığımız məlumata görə, həyata keçirilən özəlləşdirmə prosesi zamanı dövlət əmlaklarının satışı üzrə hərraclar tamamilə şəffaf və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçiriləcək. O cümlədən, hərracların gedişini mətbuat və ictimaiyyət nümayəndələri canlı izləyəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2016-cı il 19 iyul tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına uyğun olaraq yeni özəlləşdirmə prosesi başlanıb. Artıq ƏMDK tərəfindən ilkin mərhələdə 138 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 50-si iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30 faizlik səhm paketləri, 62-si qeyri yaşayış sahələri və kiçik əmlak və obyektlər, 26-sı isə nəqliyyat vasitələridir.

Həmin hərraclar cari il sentyabrın 14 və 20-də ƏMDK-nın İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) binasında   təşkil ediləcək. Mərkəzdə hərracların şəffaf və rəqabətli şəraitdə keçirilməsi üçün bütün şəraitin yaradılması nəzərdə tutulur. Burada investorların iştirakı və məlumatlandırılması üçün çoxsaylı imkanlar yaradılıb.

Əsas yeniliklərdən biri potensial investorların, mətbuatın və ictimaiyyət nümayəndələrinin də bu hərracları canlı izləmək imkanının yaradılmasıdır. Belə ki, artıq KİV nümayəndələri və istənilən vətəndaş mərkəzə gələrək hərracların gedişini və dövlət əmlakının satışının necə həyata keçirildiyini izləyə bilər. Bunun üçün mərkəzdə bütün şərait yaradılacaq.

Nəticədə özəlləşdirmə prosesinə maraq göstərən potensial investorlar və onların nümayəndələri prosesin necə aparıldığı ilə əyani şəkildə tanış olacaq, eləcə də ictimaiyyət və mətbuat nümayəndələrinə bu proses barədə təfərrüatlı məlumata malik olmağa şərait yaradılacaq.

Hazırda yeni investisiya müsabiqələrinin elan olunması ilə bağlı hazırlıq işləri aparılır, həmçinin investorlar üçün onlayn məsləhət sistemi fəaliyyət göstərir. Bu sistem vasitəsilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat ala bilərlər. Eyni zamanda, həmçinin iddiaçılara əmlaka yerindəcə baxış üçün də şərait yaradılması təmin edilir.

V.BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında