ABŞ dövlət katibi: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Minsk qrupunun himayəsi ilə hazırlanmış prinsiplərə əsaslanmalıdır

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Minsk qrupunun himayəsi altında hazırlanmış prinsiplərə əsaslanmalıdır.
ABŞ dövlət katibi Hillari Klintonun bu bəyanatı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Astanada keçirilən sammitində səslənmişdir.
H.Klinton demişdir: "Biz Dağlıq Qarabağda münaqişənin tənzimlənməsinə dair səylərimizi bərpa etməliyik. Bu səylər Minsk qrupunun himayəsi ilə hazırlanmış mühüm prinsiplərə əsaslanmalıdır. Minsk qrupunun həmsədr ölkələri adından bir daha təkrar etmək istəyirəm ki, ədalətli və davamlı sülh Helsinki prinsipləri, eləcə də 2009-cu il iyulun 10-da Akvilldə prezidentlər Dmitri Medvedev, Nikola Sarkozi və Barak Obama tərəfindən işlənib hazırlanmış və 2010-cu il iyunun 26-da Moskvada bir daha təkrarlanmış 6 elementə əsaslanmalıdır".
ABŞ dövlət katibi demişdir ki, bu elementlərə tam halda əməl edilməlidir. Həmin elementlərdən bəzilərini seçməyə və digərlərini kənara qoymağa yönəlmiş hər hansı cəhd münaqişənin həllinə nail olmağa imkan verməyəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında