Əhməd Davudoğlu: "Ankara-Yerevan danışıqları Azərbaycan-Ermənistan danışıqları ilə bərabər aparılmalıdır"

AzərTAc Türkiyə informasiya kanallarına istinadla bildirir ki, bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-a səfəri zamanı dövlət katibi Hillari Klintonla görüşündən sonra keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan danışıqlarının Azərbaycan-Ermənistan danışıqları ilə paralel aparılmalı olduğunu bildirmişdir.
Türkiyə XİN rəhbəri demişdir: "Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi nə qədər uğurla davam etdirilsə də, Ermənistanla Azərbaycan arasındakı münaqişə bu danışıqlara öz mənfi təsirini göstərəcəkdir".
Ə.Davudoğlu Ankara-Yerevan protokollarının yalnız regionda sülhün olacağı təqdirdə qüvvədə qalacağına ümidlə yanaşdığını bildirmişdir.
XİN rəhbəri onu da qeyd etmişdir ki, Türkiyə ermənilərə qarşı heç vaxt ayrı-seçkilik qoymamışdır və Osmanlı torpaqlarında erməni nazirlər də olmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında