ATƏT-in Astanada keçiriləcək Zirvə görüşünə hazırlıq məsələləri müzakirə olunmuşdur

Qazaxıstanın dövlət katibi-xarici işlər naziri Kanat Saudabayevin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Astanada keçiriləcək Zirvə görüşü ərəfəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla telefon söhbəti olmuşdur.
Qazaxıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, Qazaxıstan və Azərbaycanın xarici işlər nazirləri telefon danışığı zamanı ATƏT-in Astanada keçiriləcək Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə etmiş, bu mühüm siyasi tədbirin yüksək səviyyədə başa çatacağına ümidvar olduqlarını bildirmişlər.
Nazirlər Zirvə görüşündə qəbul ediləcək qərarların əhəmiyyəti haqqında da söhbət açmışlar. Qeyd olunmuşdur ki, bu qərarlar nəinki ATƏT-in inkişaf perspektivlərini müəyyənləşdirəcək, həmçinin qurumun nüfuz dairəsində olan ərazilərdə təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsinə səbəb olacaqdır.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Astana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında