ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev Astanada ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi ilə görüşmüşdür

Qazaxıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, noyabrın 29-da ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev Astanada ATƏT-in Minsk qrupunun həmsədrləri -Robert Bratke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiklə görüşmüşdür.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri geniş müzakirə edilmişdir. İqor Popov jurnalistlərə demişdir ki, biz Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərimiz haqqında ATƏT-in indiki sədrini məlumatlandırdıq. Onun sözlərinə görə, ATƏT-in Astanada keçiriləcək Zirvə görüşü Azərbaycan və Ermənistan arasında dialoqu davam etdirmək üçün mühüm imkandır.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Astana

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında