Abdullah GÜL: Azərbaycan torpaqlarının işğal altında qalması gözlənilməz təhlükələr yarada bilər

Azərbaycan torpaqlarının işğal altında qalması gözlənilməz təhlükələr yarada bilər. Buna görə də işğala son qoyulmalı, torpaqlar tezliklə geri qaytarılmalıdır.
Bu sözləri İsveçrədə rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül bu ölkənin Prezidenti xanım Doris Loythard ilə birgə keçirdiyi mətbuat konfransında demişdir.
Türkiyə Prezidenti bildirmişdir ki, Azərbaycan torpaqlarının bir hissəsi işğal altındadır və insanlar öz torpaqlarından didərgin düşmüşlər. Ermənistan tezliklə Azərbaycanın işğal etdiyi əraziləri geri qaytarmalıdır.
Abdullah Gül demişdir: "Azərbaycan torpaqlarının işğal edilməsi faktına göz yummaq olmaz. Azərbaycan torpaqları işğal altındadır və oradan insanlar köçməyə məcbur edilmişlər. Bu məsələ belə qalsa sabah gözlənilmədən daha təhlükəli vəziyyət yarana bilər. Buna imkan verməmək üçün problemin həllinə səy göstərmək lazımdır".
Türkiyə dövlətinin başçısı vurğulamışdır ki, münaqişə ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır.
Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Abdullah Gül qeyd etmişdir ki, bu məsələyə yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra aydınlıq gətirmək olar. Münaqişələrin həlli Cənubi Qafqaza və qonşu dövlətlərə sülh və sabitlik gətirəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında