Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, noyabrın 26-da nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-Aİ münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan ilə Aİ arasında əməkdaşlığın intensivləşdiyini qeyd edən tərəflər "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyətini vurğulamışlar.
Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələsinə, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Məmmədyarov problemin həllinə dair danışıqlar prosesi barədə qonağa məlumat vermişdir.
P.Semnebi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümidvar olduğunu demişdir.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında