“Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır”

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin  sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində səslənmişdir. Bu gün xalqımız müstəqillik tarixinin  ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü yaşayır. Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr  ölkəmizin qüdrətini daha da artırmaqdadır.

 Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin  ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən əsas faktorlar hesab edilir.

Azərbaycan Prezidenti çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq,  bu ilin aprel ayında təmas xəttində  işğalçı dövlətin törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırdı: “Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir”, – deyən ölkə başçısı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğuladı.

Dövlətimizin başçısının  səsləndirdiyi fikirlərlə və qarşıya qoyulan vəzifələrlə tanış olduqdan sonra, hər şeydən əvvəl, bir hərbçi anası kimi, ürək sözlərimi deməyi özümə borc bildim. Bu il aprel ayınının əvvəlində Ermənistan ordusunun  Azərbaycana qarşı növbəti silahlı təxribat törətməsi nəticəsində layiqli cavabını alması və 23 il düşmən əsarətində qalan bir sıra zəruri sahələrin gündən-günə mətinləşən Milli Ordumuz tərəfindən  geri alınması məni daha da qürurlandırdı. Artıq  bu gün hər birimizdə gələcəyə böyük inam yaranıb. Bu inamı işğal altında olan  torpaqlarımızı qısa müddət ərzində geri qaytarmağa qadir olan Milli Ordumuzun son günlər həyata keçirdiyi əməliyyatlar daha da  reallaşdırıb.

Mənim oğlum da  uzun illərdir ki, hərbçidir. Mən bununla fəxr edirəm. Oğlum Xankəndidə doğulub, boya-başa çatıb.  İnanıram ki, Silahlı Qüvvələrin  Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız azad olunacaq və həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanacaq. Artıq biz bu Böyük Qələbənin  qaçılmazlığını duyuruq.

Azərbaycan Prezidenti  bütün vasitələrlə münaqişənin dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri əsasında, qan tökülmədən həllinə çalışır. Dövlətimizin başçısı keçirdiyi bütün beynəlxalq səviyyəli görüşlərdə də öz mövqeyini dəfələrlə bəyan edib. Onu da qeyd edək ki, respublikamızın rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə indiyədək 50-dən çox görüş keçirmişdir və bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda ölkəmizin ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur.

Respublikamızın rəhbəri Nazirlər Kabinetinin iclasında Dağlıq  Qarabağ münaqişəsinin həlli yolunu açıqlayarkən bir daha bəyan etmişdir: “Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır”.

Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında