Prezident İlham ƏLİYEV: Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir

Nazirlər Kabinetinin dövlət başçımızın iştirakı ilə keçirilən  2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası mənim üçün bir neçə baxımdan  əhəmiyyətli oldu. Birinci məqam ondan ibarət idi ki, neftin qiyməti dəfələrlə aşağı düşsə də, ölkədə sosial-iqtisadi inkişaf davam etməkdədir. Bu  barədə  həm cənab Prezidentin nitqində, həm də digər natiqlərin hesabat xarakterli çıxışlarında eşitdik.

Məmnunluq gətirən digər məqam isə ondan ibarət idi ki,  Prezident İlham Əliyev öz nitqində  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini dilə gətirdi. Dövlət başçımız qətiyyətlə bildirdi ki,  münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir. Prezident  növbəti dəfə vurğuladı ki,  Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Adıçəkilən iclasdan bir gün əvvəl Varşavadan, NATO-nun mühüm tədbirindən qayıdan Prezident İlham Əliyev “Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır”, -- qətiyyətini  bütün azərbaycanlıların, ordumuzun və dövlətimizin adından səsləndirdi. Üstəlik, dövlət başçımız   buna nail olmaq üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərmələrinin vacibliyini önə çəkdi.

Xatırladaq ki, NATO-nun Varşava Sammitində “Dövlət və hökumət başçıları səviyyəsində “Qətiyyətli dəstək” missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş” mövzusunda sessiyada da Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasından narahatlıq ifadə edən   Prezident İlham Əliyev beynəlxalq təşkilatların diqqətini Qafqazın bu ağrılı probleminə yönəltmişdi: “İyirmi ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir. Biz status-kvonun qəbuledilməzliyini bəyan edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Biz Varşava Sammitinin Bəyannaməsində bir daha qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndiririk”.

Dövlət başçımızın həm beynəlxalq, həm də yerli tribunalardan  istənilən çıxışı zamanı bu məsələni  diqqət mərkəzində saxlaması ölkə əhalisi, xüsusən, ordumuz tərəfindən yüksək qiymətləndirilir və hər bir  azərbaycanlıda qələbə əzmini yüksəldir.

Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında