İsrail televiziyası: Xocalıda qətliam törədənlər Njdeni ideal seçən cəlladlardır

İsrailin “Kanal 9” televiziyasında yayımlanan “Gəlin, danışaq” verilişində Ermənistanın paytaxtı İrəvanda ermənilərin bədnam “qəhrəmanı” Njde Qareginə abidə qoyulması məsələsi müzakirəyə çıxarılıb.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, verilişin aparıcısı, siyasətçi İosif Şaqal “İnsanlıq əleyhinə cinayət törətmiş şəxsi bir ölkə “milli qəhrəman” adlandıra bilərmi? Əgər belədirsə, buna necə bəraət qazandırmaq olar?” sualı ilə veriliş iştirakçılarına müraciət edib.

İosif Şaqal hazırkı gərgin şəraitdə bəzi dövlətlərin tarixi faktları təhrif edərək təqdim etdiyini diqqətə çatdırıb. Onun “Biz almanlarla əlbir olub Holokost faciəsini törədən “xalq qəhrəmanlarına”, Xarkovda, Çernobılda antisemit Stepan Banderaya, minlərə yəhudi uşağı öldürən Herbert Kukursa və faşist, antisemitist Njde Qareginə abidə ucaldılmasına susmalıyıqmı?” sualı ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələrdə İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut, polittexnoloq Oleq Levinski, vəkil Mark Knyajevski iştirak ediblər. O. Levinski türklər, azərbaycanlılar və yəhudilərə qarşı kütləvi qətllərdə iştirak edən insana abidə qoyulmasının səbəbini ermənilərin öyünməyə əsl qəhrəmanının olmaması ilə bağlayıb.

A. Qut isə bildirib ki, faşist erməni generalına abidə qoyulması Holokost faciəsində ölənlərin xatirəsinə təhqirdir. “Njdeyə abidə qoyulması ilk belə hadisə deyil, bir neçə il öncə də Ermənistan keçmiş sovet ölkələri arasında antisemitizmin yayıldığı ölkə kimi ilk yeri tutmuşdu. Antisemitizm Ermənistanda hər sahədə var - siyasətdə, mediada. Bu gün antisemitizm onların dövlət siyasətidir”.

A. Qut, həmçinin Xocalıda ermənilərin törətdiyi vəhşilikləri xatırladaraq bildirib ki, bu qətliamı törədənlər özlərinə Njdeni ideal seçən cəlladlardır.

Veriliş iştrakçıları bildiriblər ki, faşist erməni generalına abidə qoyulması açıq-aşkar faşizmin müdafiəsidir, ermənilərin vətənpərvərlik adı ilə  faşizmi təbliğ etməsidir. Həmçinin qeyd edilib ki, Ermənistan rəhbərliyinin Njdenin abidəsinin açılış mərasimində iştirak etməsi bunu deməyə əsas verir  ki, onlar Njde Qareginin varisi olduqlarını nümayiş etdirirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında