Zaxarova Dağlıq Qarabağ məsələsində Rusiyanın təşəbbüsü ələ alması ilə bağlı məlumatları şərh edib

“Sankt-Peterburqda keçirilən üçtərəfli görüş barədə prezidentlərin birgə bəyanatı qəbul olunub. Həmin bəyanatda danışıqlar prosesində nələrin müzakirə olunduğu və hansı razılıqlar əldə edildiyi əksini tapıb”.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, görüşdə əldə olunan razılığı kiminsə özünəməxsus şəkildə interpretasiya etməyə cəhd göstərməsi yolverilməzdir.

Rusiyanın münaqişəsinin həlli prosesində təşəbbüsü ələ alması ilə bağlı yayılan fikirlərə toxunan diplomat qeyd edib ki, bu məlumatların heç bir əsası yoxdur: “Sankt-Peterburq görüşündən qabaq guya Rusiyanın münaqişənin həlli ilə bağlı təşəbbüsü ələ alması ilə bağlı məlumatlar yayılırdı. Həmin məlumatlarda bildirilirdi ki, Rusiya Minsk qrupunu danışıqlar prosesindən uzaqlaşdırmaq, danışıqların formatın dəyişmək istəyir. Lakin Sankt-Peterburqda keçirilən üçtərəfli görüş bunun belə olmadığını bir daha sübut etdi. Həmin görüşə Minsk qrupunun həmsədrləri də qatılmışdılar. Onlar görüşün keçiriləcəyi barədə əvvəldən məlumatlandırılmışdılar. Rusiya çalışır ki, Minsk qrupu çərçivəsində illərdir, formalaşan potensialı qoruyub saxlasın”.

M.Zaxarova tərəflərin Sankt-Peterburq görüşünü yüksək qiymətləndirdiyini də xatırladıb: “Əgər tərəflər belə qiymət veribsə, deməli, görüş həqiqətən də, yüksək səviyyədə keçib”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında